Yemək yeyərkən və paltar geyinərkən edilən dua
عَنْ سَهْلِ بْنِ مُعَاذِ بْنِ أَنَسٍ عَنْ أَبِيهِ أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ «مَنْ أَكَلَ طَعَامًا ثُمَّ قَالَ الْحَمْدُ لِلَّهِ الَّذِى أَطْعَمَنِى هَذَا الطَّعَامَ وَرَزَقَنِيهِ مِنْ غَيْرِ حَوْلٍ مِنِّى وَلاَ قُوَّةٍ غُفِرَ لَهُ مَا تَقَدَّمَ مِنْ ذَنْبِهِ وَمَا تَأَخَّرَ وَمَنْ لَبِسَ ثَوْبًا فَقَالَ الْحَمْدُ لِلَّهِ الَّذِى كَسَانِى هَذَا الثَّوْبَ وَرَزَقَنِيهِ مِنْ غَيْرِ حَوْلٍ مِنِّى وَلاَ قُوَّةٍ غُفِرَ لَهُ مَا تَقَدَّمَ مِنْ ذَنْبِهِ وَمَا تَأَخَّرَ».
“Səhl ibn Muaz ibn Ənəs atasından ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ buyurdu: “Kim yemək yedikdən sonra: “Əlhəmdulillə:hil-ləzi: ət'aməni: hə:zət-taa:mə va razəqani:hi min ğayri həulin minni: va lə: quvvəh!”- deyərsə, keçmiş və gələcək günahları bağışlanar. Hər kim də paltar geyinərkən: “Əlhəmdulillə:hil-ləzi: kəsə:ni: hə:zəs-səubə va razəqani:hi min ğayri həulin minni: va lə: quvvəh!”- deyərsə, keçmiş və gələcək günahları bağışlanar”.”
Qeyd
Əbu Davud, 4023, 4025. Hədis “gələcək günahları” kəlməsindən başqa həsəndir. Bax: Səhih və Daif Sunən Əbu Davud, 4023.
İstinad
Fəzilətli əməllər, 766 (Kitab 15, 87)
Fəzilətli əməllər — Dua və Zikr