Evdən çıxarkən nə deyilir?
عَنْ أَنَسِ بْنِ مَالِكٍ أَنَّ النَّبِىَّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ «إِذَا خَرَجَ الرَّجُلُ مِنْ بَيْتِهِ فَقَالَ بِسْمِ اللَّهِ تَوَكَّلْتُ عَلَى اللَّهِ لاَ حَوْلَ وَلاَ قُوَّةَ إِلاَّ بِاللَّهِ». قَالَ «يُقَالُ حِينَئِذٍ هُدِيتَ وَكُفِيتَ وَوُقِيتَ فَتَتَنَحَّى لَهُ الشَّيَاطِينُ فَيَقُولُ لَهُ شَيْطَانٌ آخَرُ كَيْفَ لَكَ بِرَجُلٍ قَدْ هُدِىَ وَكُفِىَ وَوُقِىَ».
“Ənəs ibn Malik ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Kişi evindən çıxarkən: “Bismillə:hi təvəkkəltu aləllah va lə: həulə va lə: quvvətə illə: billəh!”- deyərsə, o zaman ona belə deyilər: “Sən doğru yola yönəldin və qorundun”. Bu zaman şeytanlar qırağa çəkilir və bir şeytan digərinə belə deyir: “Doğru yola yönəldilən və qorunan kişiyə sən nə edə bilərsən?!””
Qeyd
Əbu Davud, 5095, 5097; ət-Tirmizi, 3426, 3726. Hədis səhihdir. Bax: Səhih Sunən ət-Tirmizi, 3666.
İstinad
Fəzilətli əməllər, 765 (Kitab 15, 86)
Fəzilətli əməllər — Dua və Zikr