Dua və Zikr

Subhə:n-Allah, əlhəmdulilləh, lə: ilə:hə illəllah və Alla:hu əkbər

عَنْ أَبِى هُرَيْرَة قَالَ قَالَ النَّبِىُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قال ذات يوم لجلسائه خذوا جنتكم قالوا بأبينا أنت وأمنا يا رسول الله أحضر عدو قال خذوا خُذُوا جُنَّتَكُمْ مِنَ النَّارِ قُولُوا سُبْحانَ الله والحَمْدُ لله ولا إله إلا الله والله أكْبَرُ فإنَّهُنَّ يأْتِينَ يَوْمَ القِيامَةِ مُقَدِّماتٍ ومُعَقِّباتٍ ومُجنِباتٍ وهُنَّ الباقِياتُ الصَّالِحاتُ

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Bir gün Allah Elçisi ﷺ yanında oturanlara buyurdu: “Qalxanınızı götürün!” Onlar dedilər: “Ata-anamız sənə fəda olsun, ey Allahın Elçisi, düşmənmi gəlir?” O buyurdu: “Götürün, götürün oda qarşı qalxanınızı! Deyin: “Subhən-Allah, vəlhəmdulilləh, lə iləhə illəllah, Allahu Əkbər”. Bunlar Qiyamət günü öndən, arxadan və yanlardan qoruyan olaraq gələcəklər. Əbədi qalacaq saleh əməllər də elə bunlardır”.”

Əbu Hureyra
Səhih

Qeyd

ət-Tabərani “Mucəmul-Əvsat” 3179. Hədis səhihdir. Bax: Səhih əl-Cami, 3214.

İstinad

Fəzilətli əməllər, 839 (Kitab 15, 160)

Fəzilətli əməllər — Dua və Zikr