Subhə:n-Allah, əlhəmdulilləh, lə: ilə:hə illəllah və Alla:hu əkbər
عَنْ أَبِى سَلاَّمٍ عَنْ مَوْلًى لِرَسُولِ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ «بَخٍ بَخٍ لِخَمْسٍ مَا أَثْقَلَهُنَّ فِى الْمِيزَانِ لاَ إِلَهَ إِلاَّ اللَّهُ وَاللَّهُ أَكْبَرُ وَسُبْحَانَ اللَّهِ وَالْحَمْدُ لِلَّهِ وَالْوَلَدُ الصَّالِحُ يُتَوَفَّى فَيَحْتَسِبُهُ وَالِدُهُ». وَقَالَ «بَخٍ بَخٍ لِخَمْسٍ مَنْ لَقِىَ اللَّهَ عَزَّ وَجَلَّ مُسْتَيْقِناً بِهِنَّ دَخَلَ الْجَنَّةَ يُؤْمِنُ بِاللَّهِ وَالْيَوْمِ الآخِرِ وَبِالْجَنَّةِ وَالنَّارِ وَبِالْبَعْثِ بَعْدَ الْمَوْتِ وَالْحِسَابِ». «...مَنْ شَهِدَ أَنْ لاَ إِلَهَ إِلاَّ اللَّهُ وَأَنَّ مُحَمَّداً عَبْدُهُ وَرَسُولُهُ وَأَيْقَنَ بِالْمَوْتِ وَالْبَعْثِ وَالْحِسَابِ».
“Allah Elçisinin ﷺ azad etdiyi kölə Əbu Səlləm ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Bəh-bəh, tərəzidə ağır gələcək nə gözəl beş xislət: “Lə iləhə illəllah, Allahu Əkbər, subhən-Allah, əlhəmdulilləh və əməlisaleh övladının ölümünə səbir edərək Allahdan savab uman valideyn!” Sonra buyurdu: “Bəh-bəh, bu beş şeyə! Kim bu beş şeyə yəqinliklə inanaraq Allahla ﷿ görüşərsə, Cənnətə daxil olar: Allaha, Axirət gününə, Cənnətə, Cəhənnəmə, ölümdən sonra dirilməyə və haqq-hesab (olunmağa)”. Digər rəvayətdə deyilir: “Allahdan başqa ibadətə layiq məbudun olmadığına və Muhəmmədin Allahın qulu və elçisi olduğuna şəhadət verən, ölümə, ölümdən sonra dirilməyə və haqq-hesab olunmağa yəqinliklə inanan...”.”
Qeyd
Əhməd, 23149, 23801. Şueyb əl-Arnavut hədisin səhih olduğunu bildirmişdir.
İstinad
Fəzilətli əməllər, 840 (Kitab 15, 161)
Fəzilətli əməllər — Dua və Zikr