Subhə:n-Allah, əlhəmdulilləh, lə: ilə:hə illəllah və Alla:hu əkbər
عَنْ عَبْدِ اللَّهِ بْنِ أَبِى أَوْفَى قَالَ: جَاءَ رَجُلٌ إِلَى رَسُولِ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ فَقَالَ: إِنِّى لاَ أُحْسِنُ الْقُرْآنَ، فَعَلِّمْنِى شَيْئًا يُجْزِينِى مِنَ الْقُرْآنِ. قَالَ: «الْحَمْدُ لِلَّهِ وَسُبْحَانَ اللَّهِ، وَلاَ إِلَهَ إِلاَّ اللَّهُ وَاللَّهُ أَكْبَرُ، وَلاَ حَوْلَ وَلاَ قُوَّةَ إِلاَّ بِاللَّهِ». فَلَمَّا عَقَدَ عَلَيْهِنَّ قَالَ: يَا رَسُولَ اللَّهِ هَذِهِ لِرَبِّى، فَمَاذَا أَقُولُ لِنَفْسِى؟ قَالَ: «قُلِ اللَّهُمَّ اغْفِرْ لِى وَارْحَمْنِى وَاهْدِنِى وَارْزُقْنِى وَعَافِنِى». قَالَ: فَقَبَضَ عَلَيْهِنَّ ثُمَّ وَلَّى فَقَالَ رَسُولُ اللَّهِصَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ : «قَدْ مَلأَ هَذَا يَدَيْهِ مِنَ الْخَيْرِ».
“Rəvayət edilir ki, Abdullah ibn Əbu Əufə ﵁ demişdir: “Bir kişi Allah Elçisinin ﷺ yanına gəlib dedi: “Ey Allahın Elçisi, mən Quranı yaxşı oxuya bilmirəm. Mənə Quranı əvəz edəcək bir şey öyrət!” O buyurdu: “De: “Subhən-Allah, əlhəmdulilləh, lə iləhə illəllah, Allahu Əkbər”. Bədəvi barmaqlarını qatlayaraq bu sözləri dedi və soruşdu: “Ey Allahın Elçisi, bu, Rəbbim üçündür, bəs özüm üçün nə deyim?” O buyurdu: “De: “Alla:hummə-ğfirli:, varhəmni:, vahdini:, varzuqni:, vəa:fini:!” (Bədəvi çıxıb getdi) və Allah Elçisi ﷺ buyurdu: “Bədəvi, əlləri xeyirlə dolu olduğu halda getdi”.”
Qeyd
əl-Beyhəqi “Sunənul-Kubra” 4147. Hədis həsəndir. Bax: Səhih ət-Tərğib vət-Tərhib, 1561.
İstinad
Fəzilətli əməllər, 841 (Kitab 15, 162)
Fəzilətli əməllər — Dua və Zikr