Dua və Zikr

Subhə:n-Allah, əlhəmdulilləh, lə: ilə:hə illəllah və Alla:hu əkbər

عَنْ أَبِي ذَرٍّ أَنَّ نَاسًا مِنْ أَصْحَابِ النَّبِيِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالُوا لِلنَّبِيِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ يَا رَسُولَ اللَّهِ ذَهَبَ أَهْلُ الدُّثُورِ بِالْأُجُورِ يُصَلُّونَ كَمَا نُصَلِّي وَيَصُومُونَ كَمَا نَصُومُ وَيَتَصَدَّقُونَ بِفُضُولِ أَمْوَالِهِمْ قَالَ أَوَ لَيْسَ قَدْ جَعَلَ اللَّهُ لَكُمْ مَا تَصَّدَّقُونَ إِنَّ بِكُلِّ تَسْبِيحَةٍ صَدَقَةً وَكُلِّ تَكْبِيرَةٍ صَدَقَةً وَكُلِّ تَحْمِيدَةٍ صَدَقَةً وَكُلِّ تَهْلِيلَةٍ صَدَقَةً وَأَمْرٌ بِالْمَعْرُوفِ صَدَقَةٌ وَنَهْيٌ عَنْ مُنْكَرٍ صَدَقَةٌ وَفِي بُضْعِ أَحَدِكُمْ صَدَقَةٌ قَالُوا يَا رَسُولَ اللَّهِ أَيَأتِي أَحَدُنَا شَهْوَتَهُ وَيَكُونُ لَهُ فِيهَا أَجْرٌ قَالَ أَرَأَيْتُمْ لَوْ وَضَعَهَا فِي حَرَامٍ أَكَانَ عَلَيْهِ فِيهَا وِزْرٌ فَكَذَلِكَ إِذَا وَضَعَهَا فِي الْحَلَالِ كَانَ لَهُ أَجْرًا

“Əbu Zərr ﵁ rəvayət edir ki, Peyğəmbərin ﷺ səhabələrindən olan bir dəstə insan Peyğəmbərə ﷺ dedilər: “Ey Allahın Elçisi! Sərvət sahibləri çoxlu savab qazanırlar. Onlar bizim kimi namaz qılır, bizim kimi oruc tutur və həm də mallarının artıq olanını sədəqə verirlər”. Peyğəmbər ﷺ buyurdu: “Məgər Allah sizin üçün sədəqələr təyin etməyibmi? Həqiqətən, hər təsbih (Subhən-Allah) sədəqədir, hər təkbir (Allahu Əkbər) sədəqədir, hər təhmid (Əlhəmdulilləh) sədəqədir və hər təhlil (Lə iləhə illəllah) sədəqədir. Yaxşılığı əmr etmək və pislikdən çəkindirmək də sədəqədir. Hətta sizdən birinizin zövcəsi ilə yaxınlıq etməsində sədəqə əcri var”. Səhabələr dedilər: “Ey Allahın Elçisi! Birimiz öz şəhvətinin istədiyini yerinə yetirərkən əcr qazanmış olur?” Allah Elçisi ﷺ buyurdu: “Söyləyin görüm, o kimsə şəhvətinin istədiyini haramla yerinə yetirərsə, ona günah olmayacaqdımı? Eləcə də, şəhvətinin istədiyini halal yolla yerinə yetirərsə, əcr qazanmış olur”.”

Əbu Zərr
Səhih

Qeyd

Muslim, 1006, 2376.

İstinad

Fəzilətli əməllər, 838 (Kitab 15, 159)

Fəzilətli əməllər — Dua və Zikr