Dua və Zikr

Subhə:n-Allah, əlhəmdulilləh, lə: ilə:hə illəllah və Alla:hu əkbər

عَنْ عَائِشَةَ تَقُولُ إِنَّ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ «إِنَّهُ خُلِقَ كُلُّ إِنْسَانٍ مِنْ بَنِى آدَمَ عَلَى سِتِّينَ وَثَلاَثِمَائَةِ مَفْصِلٍ فَمَنْ كَبَّرَ اللَّهَ وَحَمِدَ اللَّهَ وَهَلَّلَ اللَّهَ وَسَبَّحَ اللَّهَ وَاسْتَغْفَرَ اللَّهَ وَعَزَلَ حَجَرًا عَنْ طَرِيقِ النَّاسِ أَوْ شَوْكَةً أَوْ عَظْمًا عَنْ طَرِيقِ النَّاسِ وَأَمَرَ بِمَعْرُوفٍ أَوْ نَهَى عَنْ مُنْكَرٍ عَدَدَ تِلْكَ السِّتِّينَ وَالثَّلاَثِمِائَةِ السُّلاَمَى فَإِنَّهُ يَمْشِى يَوْمَئِذٍ وَقَدْ زَحْزَحَ نَفْسَهُ عَنِ النَّارِ». قَالَ أَبُو تَوْبَةَ وَرُبَّمَا قَالَ «يُمْسِى». .«عْدِلُ بَيْنَ الاِثْنَيْنِ صَدَقَةٌ ، وَيُعِينُ الرَّجُلَ عَلَى دَابَّتِهِ ، فَيَحْمِلُ عَلَيْهَا ، أَوْ يَرْفَعُ عَلَيْهَا مَتَاعَهُ صَدَقَةٌ ، وَالْكَلِمَةُ الطَّيِّبَةُ صَدَقَةٌ ، وَكُلُّ خَطْوَةٍ يَخْطُوهَا إِلَى الصَّلاَةِ صَدَقَةٌ ، وَيُمِيطُ الأَذَى عَنِ الطَّرِيقِ صَدَقَةٌ»

“Rəvayət edilir ki, Aişə ﵂ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Həqiqətən, Adəm övladlarından olan hər bir insanda üç yüz altmış oynaq yaradılmışdır. Kim üç yüz altmış oynağın sayı qədər “Allahu Əkbər”, “Əlhəmdulilləh”, “Lə iləhə illəllah”, “Subhən-Allah” desə, Allahdan bağışlanma diləsə, insanların yolundan daşı və ya tikanı, ya da sümüyü kənarlaşdırsa, yaxşı işləri əmr edib pis işlərdən çəkindirsə, həmin gün özünü Cəhənnəmdən uzaqlaşdıraraq gəzər”. Əbu Talhə belə dedi: “Bəlkə də: “Uzaqlaşdırılaraq gecələyər”- demişdir”. Digər rəvayətdə bu əlavə var: “İki nəfərin münasibətini düzəltmək sədəqədir. Miniyinə minə bilməyənə kömək etmək sədəqədir. Miniyinə yük yükləməyə kömək etmək sədəqədir. Yaxşı söz danışmaq sədəqədir. Namaza gedərkən atdığın hər bir addım və insanları narahat edən maneəni yoldan götürmək sədəqədir”.”

Aişə
Səhih

Qeyd

əl-Buxari, 2787, 2989; Muslim, 1009, 1677, 2382.

İstinad

Fəzilətli əməllər, 837 (Kitab 15, 158)

Fəzilətli əməllər — Dua və Zikr