Yatağa girərkən edilən zikrlər
عَنْ أَنَسِ بْنِ مَالِكٍ قَالَ: قَالَ رَسُولُ اللهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ: مَنْ قَالَ إِذَا أَوَى إِلَى فِرَاشِهِ: الْحَمْدُ لِلَّهِ الَّذِي كَفَانِي وَآوَانِي، الْحَمْدُ لِلَّهِ الَّذِي أَطْعِمْنِي وَسَقَانِي، الْحَمْدُ لِلَّهِ الَّذِي مَنَّ عَلَيَّ فَأَفْضَلَ، اللَّهُمَّ إِنِّي أَسْأَلُكَ بِعِزَّتِكَ أَنْ تُنَجِّيَنِي مِنَ النَّارِ، فَقَدْ حَمِدَ اللَّهَ بِجَمِيعِ مَحَامِدِ الْخَلْقِ كُلِّهِمْ.
“Rəvayət edilir ki, Ənəs ibn Malik ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Kim yatağına girərkən: “Əlhəmdulillə:hilləzi: kəfə:ni va ə:və:ni, əlhəmdulillə:hilləzi ət'imni: və səqa:ni:, əlhəmdulillə:hilləzi: mənnə aleyyə fə əfdalə. Alla:hummə inni: əs əlukə bi İzzətikə tunəcciyəni: minən-nə:r!”- deyərsə, Allaha bütün məxluqatın həmd-sənası ilə həmd etmiş olar”.”
Qeyd
əl-Hakim, 2001; əl-Beyhəqi “Şuabul-İman” 4382. Hədis həsəndir. Bax: Səhih ət-Tərğib vət-Tərhib, 609, Silsilə əs-Səhihə, 3444.
İstinad
Fəzilətli əməllər, 786 (Kitab 15, 107)
Fəzilətli əməllər — Dua və Zikr