Yatağa girərkən edilən zikrlər
عَنْ عَلِىٍّ أَنَّ فَاطِمَةَ شَكَتْ مَا تَلْقَى مِنْ أَثَرِ الرَّحَا، فَأَتَى النَّبِىَّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ سَبْىٌ، فَانْطَلَقَتْ فَلَمْ تَجِدْهُ، فَوَجَدَتْ عَائِشَةَ، فَأَخْبَرَتْهَا، فَلَمَّا جَاءَ النَّبِىُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ أَخْبَرَتْهُ عَائِشَةُ بِمَجِىءِ فَاطِمَةَ، فَجَاءَ النَّبِىُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ إِلَيْنَا، وَقَدْ أَخَذْنَا مَضَاجِعَنَا، فَذَهَبْتُ لأَقُومَ فَقَالَ: «عَلَى مَكَانِكُمَا». فَقَعَدَ بَيْنَنَا حَتَّى وَجَدْتُ بَرْدَ قَدَمَيْهِ عَلَى صَدْرِى وَقَالَ: «أَلاَ أُعَلِّمُكُمَا خَيْرًا مِمَّا سَأَلْتُمَانِى إِذَا أَخَذْتُمَا مَضَاجِعَكُمَا تُكَبِّرَا أَرْبَعًا وَثَلاَثِينَ، وَتُسَبِّحَا ثَلاَثًا وَثَلاَثِينَ، وَتَحْمَدَا ثَلاَثَةً وَثَلاَثِينَ، فَهْوَ خَيْرٌ لَكُمَا مِنْ خَادِمٍ». قَالَ عَلِىٌّ مَا تَرَكْتُهُ مُنْذُ سَمِعْتُهُ مِنَ النَّبِىِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ. قِيلَ لَهُ وَلاَ لَيْلَةَ صِفِّينَ قَالَ وَلاَ لَيْلَةَ صِفِّينِ.
“Əli ﵁ rəvayət edir ki, Fatimə ﵂ kirkirənin onun əllərində iz buraxdığından şikayət etdi. Bir müddətdən sonra Peyğəmbərə ﷺ bir neçə əsir gətirdilər. Fatimə bu əsirlərdən birini özünə köməkçi götürmək məqsədilə Peyğəmbərin ﷺ yanına getdi, lakin onu evdə tapa bilmədi, Aişəni görüb nə istədiyini ona bildirdi. Peyğəmbər ﷺ evə gəldikdə Aişə ona Fatimənin gəldiyini xəbər verdi. Bundan sonra Peyğəmbər ﷺ bizə gəldi. Həmin vaxt biz artıq yatağımıza uzanmışdıq. Mən onu görəndə ayağa qalxmaq istədim, lakin o: “Qalxmayın!”- dedi və gəlib aramızda oturdu. Mən onun soyuq ayaqlarının sinəmə toxunduğunu hiss etdim. O buyurdu: “Məndən istədiyinizdən daha xeyirlisini sizə öyrədimmi? Yatağınıza uzandığınız zaman otuz dörd dəfə “Allahu Əkbər”, otuz üç dəfə “subhən-Allah” və otuz üç dəfə “əlhəmdulilləh” deyin. Bu sizin üçün xidmətçidən daha xeyirli olar”. Başqa rəvayətdə bu əlavə var: “Əli belə dedi: “Peyğəmbərdən ﷺ eşitdikdən bəri onu tərk etmədim”. Ondan soruşdular: “Hətta Siffeyn gecəsi də tərk etmədin?” O belə buyurdu: “Hətta Siffeyn gecəsi də tərk etmədim”.”
Qeyd
Muslim, 4906, 7093; əl-Buxari, 4943, 5362.
İstinad
Fəzilətli əməllər, 787 (Kitab 15, 108)
Fəzilətli əməllər — Dua və Zikr