Yatağa girərkən edilən zikrlər
عَنْ الْبَرَاءِ بْنِ عَازِبٍ قَالَ: قَالَ النَّبِىُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ «إِذَا أَتَيْتَ مَضْجَعَكَ فَتَوَضَّأْ وُضُوءَكَ لِلصَّلاَةِ، ثُمَّ اضْطَجِعْ عَلَى شِقِّكَ الأَيْمَنِ، ثُمَّ قُلِ اللَّهُمَّ أَسْلَمْتُ وَجْهِى إِلَيْكَ، وَفَوَّضْتُ أَمْرِى إِلَيْكَ، وَأَلْجَأْتُ ظَهْرِى إِلَيْكَ، رَغْبَةً وَرَهْبَةً إِلَيْكَ، لاَ مَلْجَأَ وَلاَ مَنْجَا مِنْكَ إِلاَّ إِلَيْكَ، اللَّهُمَّ آمَنْتُ بِكِتَابِكَ الَّذِى أَنْزَلْتَ، وَبِنَبِيِّكَ الَّذِى أَرْسَلْتَ. فَإِنْ مُتَّ مِنْ لَيْلَتِكَ فَأَنْتَ عَلَى الْفِطْرَةِ، وَاجْعَلْهُنَّ آخِرَ مَا تَتَكَلَّمُ بِهِ». قَالَ فَرَدَّدْتُهَا عَلَى النَّبِىِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ فَلَمَّا بَلَغْتُ «اللَّهُمَّ آمَنْتُ بِكِتَابِكَ الَّذِى أَنْزَلْتَ». قُلْتُ وَرَسُولِكَ. قَالَ: «لاَ، وَنَبِيِّكَ الَّذِى أَرْسَلْتَ»
“Rəvayət edilir ki, Bəra ibn Azib ﵁ demişdir: “Peyğəmbər ﷺ belə buyurdu: “Yatmaq istədikdə namaz üçün dəstəmaz aldığın kimi dəstəmaz al, sonra sağ böyrün üstə uzan, sonra de: “Alla:hummə, əsləmtu vachi: ileyk, va fəvvədtu əmri: ileyk, va əlcə'tu zahri: ileyk, rağbətən va rahbətən ileyk. Lə: məlcə:ə va lə: məncə: minkə illə ileyk. Alla:hummə, ə:məntu bikitə:bikəl-ləzi: ənzəltə va binəbiyyikəl-ləzi: ərsəltə!” Əgər o gecə ölsən, fitrət üzərində (müsəlman olaraq) öləcəksən. Bu sözləri, dediyin sözlərin axırıncısı et”. Bəra ibn Azib deyir ki, mən bu duanı Peyğəmbərə ﷺ oxudum və gəlib: “ə:məntu bikitə:bikəl-ləzi: ənzəltə” (Sənin nazil etdiyin Kitaba iman gətirdim)” sözünə yetişdikdə “va birasu:likə”- (və göndərdiyin Elçiyə)”- dedim. O buyurdu: “Xeyr, “binəbiyyikəl-ləzi: ərsəltə! – (göndərdiyin Peyğəmbərə!)”- (de)”.”
Qeyd
əl-Buxari, 329, 247; Muslim, 4885, 7057.
İstinad
Fəzilətli əməllər, 785 (Kitab 15, 106)
Fəzilətli əməllər — Dua və Zikr