Sübh və Məğrib namazlarından sonra deyilən zikr
عَنْ مُعَاذِ بْنِ جَبَلٍ قَالَ قَالَ رَسُولُ اللهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ: مَنْ قَالَ حِينَ يَنْصَرِفُ مِنْ صَلاةِ الْغَدَاةِ قَبْلَ أَنْ يَتَكَلَّمَ لاَ إِلَهَ إِلا اللَّهُ وَحْدَهُ لاَ شَرِيكَ لَهُ لَهُ الْمُلْكُ وَلَهُ الْحَمْدُ بِيَدِهِ الْخَيْرُ وَهُوَ عَلَى كُلِّ شَيْءٍ قَدِيرٌ عَشْرَ مَرَّاتٍ أُعْطِيَ بِهِنَّ سَبْعًا كُتِبَ لَهُ بِهِنَّ عَشْرُ حَسَنَاتٍ وَمُحِيَ عَنْهُ بِهِنَّ عَشْرُ سَيِّئَاتٍ وَرُفِعَ لَهُ بِهِنَّ عَشْرُ دَرَجَاتٍ وَكُنَّ لَهُ عَدْلُ عَشْرِ نَسَمَاتٍ وَكُنَّ لَهُ حَافِظًا مِنَ الشَّيْطَانِ وَحِرْزًا مِنَ الْمَكْرُوهِ وَلَمْ يَلْحَقْهُ فِي يَوْمِهِ ذَلِكَ ذَنْبٌ إِلا الشِّرْكُ بِاللَّهِ عَزَّ وَجَلَّ وَمَنْ قَالَهُنَّ حِينَ يَنْصَرِفُ مِنَ الْمَغْرِبِ أُعْطِيَ مِثْلُ ذَلِكَ لَيْلَتَهُ
“Rəvayət edilir ki, Muaz ibn Cəbəl ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Kim Sübh namazını qıldıqdan sonra danışmadan on dəfə: “Lə: ilə:hə illəlla:hu vahdəhu: lə: şəri:kə ləhu, ləhul-mulku va ləhul-həmdu, biyədihil-xayru va huvə alə: kulli şey in qadi:r!”- deyərsə, ona yeddi üstünlük verilər; buna görə ona on savab yazılar, on günahı silinər, on dərəcə yüksəldilər, on qul azad etmiş kimi savab verilər, şeytandan və günahlardan qorunar, Allaha ﷿ şərik qoşmaq istisna olmaqla həmin gün ona heç bir günah yazılmaz. Kim bunu Məğrib namazından sonra deyərsə, həmin gecə ona bunun misli verilər”.”
Qeyd
ət-Tabərani “əd-Dua” 706. Hədis həsən li-ğeyrihidir. Bax: Səhih ət-Tərğib vət-Tərhib, 475.
İstinad
Fəzilətli əməllər, 759 (Kitab 15, 80)
Fəzilətli əməllər — Dua və Zikr