Dua və Zikr

Ən üstün istiğfar

عَنْ شَدَّادِ بْنِ أَوْسٍ عَنْ النَّبِي صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ: سَيِّدُ الاِسْتِغْفَارِ أَنْ تَقُولَ: اللَّهُمَّ أَنْتَ رَبِّي لاَ إِلَهَ إِلاَّ أَنْتَ خَلَقْتَنِي وَأَنَا عَبْدُكَ وَأَنَا عَلَى عَهْدِكَ وَوَعْدِكَ مَا اسْتَطَعْتُ أَعُوذُ بِكَ مِنْ شَرِّ مَا صَنَعْتُ أَبُوءُ لَكَ بِنِعْمَتِكَ عَلَيَّ وَأَبُوءُ لَكَ بِذَنْبِي فَاغْفِرْ لِي فَإِنَّهُ لاَ يَغْفِرُ الذُّنُوبَ إِلاَّ أَنْتَ قَالَ وَمَنْ قَالَهَا مِنْ النَّهَارِ مُوقِنًا بِهَا فَمَاتَ مِنْ يَوْمِهِ قَبْلَ أَنْ يُمْسِيَ فَهُوَ مِنْ أَهْلِ الْجَنَّةِ وَمَنْ قَالَهَا مِنْ اللَّيْلِ وَهُوَ مُوقِنٌ بِهَا فَمَاتَ قَبْلَ أَنْ يُصْبِحَ فَهُوَ مِنْ أَهْلِ الْجَنَّةِ.

“Şəddad ibn Əus ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “Ən üstün istiğfar belədir: “Alla:hummə, əntə Rabbi: lə: ilə:hə illə: ənt, xaləqtəni: va ənə abdukə va ənə alə: ahdikə va va'dikə məstəta'tu, əu:zu bikə min şərri mə: sanə'tu. Əbu:u ləkə bini'mətikə aleyyə va əbu:u ləkə bizənbi:. Fəğfirli: fə innəhu: lə: yəğfiruz-zunu:bə illə: ənt”. Sonra Peyğəmbər ﷺ buyurdu: “Kim bu duanı gündüz vaxtı yəqinliklə deyər və həmin gün axşam düşməzdən əvvəl ölərsə, Cənnət əhlindən olar. Habelə kim bunu axşam ikən yəqinliklə deyər və səhər açılmazdan əvvəl ölərsə, Cənnət əhlindən olar”.”

Şəddad ibn Əus
Səhih

Qeyd

əl-Buxari, 5831, 6306; ət-Tirmizi, 3393, 3721.

İstinad

Fəzilətli əməllər, 760 (Kitab 15, 81)

Fəzilətli əməllər — Dua və Zikr