Dua və Zikr

Səhər və axşam edilən zikrlər

سَمِعْتُ عُثْمَانَ - يَعْنِى ابْنَ عَفَّانَ يَقُولُ سَمِعْتُ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ «مَنْ قَالَ بِسْمِ اللَّهِ الَّذِى لاَ يَضُرُّ مَعَ اسْمِهِ شَىْءٌ فِى الأَرْضِ وَلاَ فِى السَّمَاءِ وَهُوَ السَّمِيعُ الْعَلِيمُ ثَلاَثَ مَرَّاتٍ لَمْ تُصِبْهُ فَجْأَةُ بَلاَءٍ حَتَّى يُصْبِحَ وَمَنْ قَالَهَا حِينَ يُصْبِحُ ثَلاَثَ مَرَّاتٍ لَمْ تُصِبْهُ فَجْأَةُ بَلاَءٍ حَتَّى يُمْسِىَ». قَالَ فَأَصَابَ أَبَانَ بْنَ عُثْمَانَ الْفَالِجُ فَجَعَلَ الرَّجُلُ الَّذِى سَمِعَ مِنْهُ الْحَدِيثَ يَنْظُرُ إِلَيْهِ فَقَالَ لَهُ مَا لَكَ تَنْظُرُ إِلَىَّ فَوَاللَّهِ مَا كَذَبْتُ عَلَى عُثْمَانَ وَلاَ كَذَبَ عُثْمَانُ عَلَى النَّبِىِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ وَلَكِنَّ الْيَوْمَ الَّذِى أَصَابَنِى فِيهِ مَا أَصَابَنِى غَضِبْتُ فَنَسِيتُ أَنْ أَقُولَهَا.

“Rəvayət edilir ki, Osman ibn Əffan ﵁ demişdir: “Mən Allah Elçisinin ﷺ belə buyurduğunu eşitmişəm: “Kim axşam üç dəfə: “Bismillə:hil-ləzi: lə: yədurru məa ismihi: şey un fil-ərdi va lə: fis-səmə:i va Huvas-Səmi:ul-Ali:m!”- deyərsə, səhərə qədər ona qəfil bəla gəlməz. Kim də bunu səhər üç dəfə deyərsə, axşama qədər ona qəfil bəla gəlməz”. Həmin vaxt Əban ibn Osman iflic olmuşdu. Hədisi dinləyən adam (təəccüblə) onun üzünə baxmağa başladı. Əban ona dedi: “Niyə mənə (təəccüblə) baxırsan? Allaha and olsun ki, nə mən Osmanın adından yalan danışıram, nə də Osman Peyğəmbərin ﷺ adından yalan danışmışdır. Sadəcə olaraq bu fəlakət mənim başıma gəldiyi gün qəzəbli olduğumdan bu duanı deməmişdim”.”

Osman
Səhih

Qeyd

Əbu Davud, 5090. Hədis səhihdir. Bax: Səhih və Daif Sunən Əbu Davud, 5088.

İstinad

Fəzilətli əməllər, 761 (Kitab 15, 82)

Fəzilətli əməllər — Dua və Zikr