Sübh namazından sonra deyilən zikrlər
عَنْ جُوَيْرِيَةَ أَنَّ النَّبِيَّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ خَرَجَ مِنْ عِنْدِهَا بُكْرَةً حِينَ صَلَّى الصُّبْحَ وَهِيَ فِي مَسْجِدِهَا ثُمَّ رَجَعَ بَعْدَ أَنْ أَضْحَى وَهِيَ جَالِسَةٌ فَقَالَ مَا زِلْتِ عَلَى الْحَالِ الَّتِي فَارَقْتُكِ عَلَيْهَا قَالَتْ نَعَمْ قَالَ النَّبِيُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ لَقَدْ قُلْتُ بَعْدَكِ أَرْبَعَ كَلِمَاتٍ ثَلَاثَ مَرَّاتٍ لَوْ وُزِنَتْ بِمَا قُلْتِ مُنْذُ الْيَوْمِ لَوَزَنَتْهُنَّ سُبْحَانَ اللَّهِ وَبِحَمْدِهِ عَدَدَ خَلْقِهِ وَرِضَا نَفْسِهِ وَزِنَةَ عَرْشِهِ وَمِدَادَ كَلِمَاتِهِ
“Cuveyriyə ﵂ rəvayət edir ki, Allah Elçisi ﷺ səhər tezdən onun yanından Sübh namazını qılmaq üçün çıxdı. Cuveyriyə namaz qıldığı yerdə idi və Allah Elçisi ﷺ günəş çıxandan sonra qayıdana qədər orada oturmuşdu. O: “Hələ də səni tərk etdiyim vəziyyətdəsən?”- deyə soruşdu. Cuveyriyə: “Bəli”- deyə cavab verdi. O buyurdu: “Səndən ayrıldıqdan sonra üç dəfə dörd kəlmə söylədim. Onlar sənin bu gün söylədiklərindən ağır gəlir: “Subhə:n-Alla:hi va bihəmdihi, adədə xalqihi va rida: nəfsihi va zinətə arşihi va midə:də kəlimə:tihi!””
Qeyd
Muslim, 2726, 4905, 7088.
İstinad
Fəzilətli əməllər, 758 (Kitab 15, 79)
Fəzilətli əməllər — Dua və Zikr