Sübh namazından sonra deyilən zikrlər
عَنْ أَبِى هُرَيْرَةَ قَالَ قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ «مَنْ سَبَّحَ فِى دُبُرِ صَلاَةِ الْغَدَاةِ مِائَةَ تَسْبِيحَةٍ وَهَلَّلَ مِائَةَ تَهْلِيلَةٍ غُفِرَتْ لَهُ ذُنُوبُهُ وَلَوْ كَانَتْ مِثْلَ زَبَدِ الْبَحْرِ».
“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Kim Sübh namazından sonra yüz dəfə “subhən-Allah”, yüz dəfə “lə: ilə:hə illəllah” deyərsə, dənizin köpüyü qədər günahları olsa belə, bağışlanar”.”
Əbu Hureyra
SəhihQeyd
ən-Nəsəi “Sunən” 1362. Hədisin isnadı səhihdir. Bax: Səhih və Daif Sunən ən-Nəsəi, 1354.
İstinad
Fəzilətli əməllər, 757 (Kitab 15, 78)
Fəzilətli əməllər — Dua və Zikr