Dua və Zikr

Sıxıntı və kədər anında edilən dualar

عَنْ أَسْمَاءَ بِنْتِ عُمَيْسٍ قَالَتْ قَالَ لِى رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ «أَلاَ أُعَلِّمُكِ كَلِمَاتٍ تَقُولِينَهُنَّ عِنْدَ الْكَرْبِ أَوْ فِى الْكَرْبِ اللَّهُ اللَّهُ رَبِّى لاَ أُشْرِكُ بِهِ شَيْئًا»...«مَنْ أَصَابَهُ هَمٌّ أَوْ غَمٌّ أَوْ سُقْمٌ أَوْ شِدَّةٌ، فَقَالَ: اللهُ رَبِّي لاَ شَرِيْكَ لَهُ كُشِفَ ذَلِكَ عَنْهُ».

“Rəvayət edilir ki, Əsmə bint Umeys ﵂ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Sənə sıxıntı anında söyləyəcəyin kəlmələr öyrədim? Alla:hu, Alla:hu Rabbi:, lə: uşriku bihi: şey ən!” Digər rəvayətdə deyilir: “Kimə qəm-qüssə, xəstəlik və ya çətinlik üz verdikdə: “Alla:hu Rabbi:, lə: şəri:kə ləhu!”- deyərsə, bunlar ondan götürülər”.”

Əsmə bint Umeys
Həsən

Qeyd

ət-Tabərani “Mucəmul-Kəbir” 396. Hədis həsəndir. Bax: Səhih əl-Cami, 6040.

İstinad

Fəzilətli əməllər, 862 (Kitab 15, 183)

Fəzilətli əməllər — Dua və Zikr