Dua və Zikr

Sıxıntı və kədər anında edilən dualar

عَنْ عَبْدِ اللَّهِ قَالَ قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ «مَا قَالَ عَبْدٌ قَطُّ إِذَا أَصَابَهُ هَمٌّ وَحَزَنٌ اللَّهُمَّ إِنِّى عَبْدُكَ وَابْنُ عَبْدِكَ وَابْنُ أَمَتِكَ نَاصِيَتِى بِيَدِكَ مَاضٍ فِىَّ حُكْمُكَ عَدْلٌ فِىَّ قَضَاؤُكَ أَسْأَلُكَ بِكُلِّ اسْمٍ هُوَ لَكَ سَمَّيْتَ بِهِ نَفْسَكَ أَوْ أَنْزَلْتَهُ فِى كِتَابِكَ أَوْ عَلَّمْتَهُ أَحَداً مِنْ خَلْقِكَ أَوِ اسْتَأْثَرْتَ بِهِ فِى عِلْمِ الْغَيْبِ عِنْدَكَ أَنْ تَجْعَلَ الْقُرْآنَ رَبِيعَ قَلْبِى وَنُورَ صَدْرِى وَجَلاَءَ حُزْنِى وَذَهَابَ هَمِّى. إِلاَّ أَذْهَبَ اللَّهُ عَزَّ وَجَلَّ هَمَّهُ وَأَبْدَلَهُ مَكَانَ حُزْنِهِ فَرَحاً». قَالُوا يَا رَسُولَ اللَّهِ يَنْبَغِى لَنَا أَنْ نَتَعَلَّمَ هَؤُلاَءِ الْكَلِمَاتِ. قَالَ «أَجَلْ يَنْبَغِى لِمَنْ سَمِعَهُنَّ أَنْ يَتَعَلَّمَهُنَّ».

“Rəvayət edilir ki, Abdullah ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Üzüntü və kədərə düçar olub bu duanı: “Alla:hummə inni: abdukə, ibnu abdikə, ibnu əmətikə, nə:sıyəti biyədikə, mə:din fiyyə hukmukə, adlun fiyyə qada:ukə, əs əlukə bikulli ismin huvə ləkə, səmmeytə bihi: nəfsəkə, əu ənzəltəhu: fi: kitə:bikə, əu alləmtəhu: əhədən min xalqikə, əu istə’sərtə bihi: fi: i'lmil-ğaybi i'ndəkə, ən təca’ləl-Qur ə:nə rabi:a qalbi, va nu:ra sadri, va cələ:ə huzni: va zəhəbə həmmi:!”- deyən elə bir qul yoxdur ki, Allah onun üzüntüsünü aparmasın və kədərini sevinclə əvəz etməsin”. Səhabələr dedilər: “Ey Allahın Elçisi, biz bu kəlmələri öyrənməliyikmi?” O dedi: “Bəli, eşidən bunları öyrənməlidir”.”

Abdullah
Səhih

Qeyd

Əhməd, 4318, 4406. Hədis səhihdir. Bax: Silsilə əs-Səhihə, 199.

İstinad

Fəzilətli əməllər, 861 (Kitab 15, 182)

Fəzilətli əməllər — Dua və Zikr