Dua və Zikr

Rahatlıq kəlmələri

عَنِ ابْنِ عَبَّاسٍ قَالَ: قَالَ رَسُوْلُ اللهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ: «كَلِمَاتُ الْفَرَجِ: لاَ إِلَه إِلاَّ اللهُ الْحَلِيْمُ الْكَرِيْمُ، لاَ إِلَهُ إِلاَّ اللهُ الْعَلِيُّ الْعَظِيمُ، لاَ إِلَهَ إِلاَّ اللهُ رُبُّ السَّمَواتِ السَّبْعِ وَرَبُّ الْعَرشِ الْكَرِيمِ».

“Rəvayət edilir ki, İbn Abbas ﵄ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Rahatlıq kəlmələri bunlardır: “Lə: ilə:hə illəlla:hul-Həli:mul-Kəri:m, lə: ilə:hə illəlla:hul-Aliyyul-Azi:m, lə: ilə:hə illəlla:hu Rabbus-səməvə:tis-səb'i va Rabbul-arşil-Kəri:m!””

İbn Abbas
Səhih

Qeyd

İbn Əbud-Dunyə “Fərac Bəadəş-Şiddə” 47. Hədis səhihdir. Bax: Səhih əl-Cami, 4571.

İstinad

Fəzilətli əməllər, 860 (Kitab 15, 181)

Fəzilətli əməllər — Dua və Zikr