Rədd olunmayan dualar
عَنْ سَهْلِ بْنِ سَعْدٍ قَالَ: قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ: «ثِنْتَانِ لاَ تُرَدَّانِ أَوْ قَلَّمَا تُرَدَّانِ الدُّعَاءُ عِنْدَ النِّدَاءِ وَعِنْدَ الْبَأْسِ حِينَ يُلْحِمُ بَعْضُهُمْ بَعْضًا». عَنْ سَهْلِ بْنِ سَعْدٍ عَنِ النَّبِيِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ: «وَوَقْتُ الْمَطَرِ».
“Rəvayət edilir ki, Səhl ibn Səd ﵁ demişdir: “Allah Elçisi ﷺ buyurdu: “İki dua rədd edilməz və ya nadir halda rədd edilər; azan verildikdə və döyüş meydanında düşmənlə qarşılaşdıqda edilən dua”. Həmçinin Peyğəmbər ﷺ buyurdu: “Və yağış vaxtı!””
Qeyd
Əbu Davud, 2540, 2542. Hədisin “Və yağış vaxtı!” hissəsindən başqa qalan hissəsi səhihdir. Bax: Mişkətul-Məsabih, 672.
İstinad
Fəzilətli əməllər, 697 (Kitab 15, 18)
Fəzilətli əməllər — Dua və Zikr