Minikdə deyilən zikr
عَنْ عَلِىِّ بْنِ رَبِيعَةَ قَالَ كُنْتُ رِدْفَ عَلِىٍّ فَلَمَّا وَضَعَ رِجْلَهُ فِى الرِّكَابِ قَالَ بِسْمِ اللَّهِ. فَلَمَّا اسْتَوَى قَالَ الْحَمْدُ لِلَّهِ }سُبْحَانَ الَّذِى سَخَّرَ لَنَا هَذَا وَمَا كُنَّا لَهُ مُقْرِنِينَ وَإِنَّا إِلَى رَبِّنَا لَمُنْقَلِبُونَ{. وَقَالَ أَبُو سَعِيدٍ مَوْلَى بَنِى هَاشِمٍ ثُمَّ حَمِدَ اللَّهَ ثَلاَثاً. وَاللَّهُ أَكْبَرُ ثَلاَثاً ثُمَّ قَالَ سُبْحَانَ اللَّهِ ثَلاَثاً ثُمَّ قَالَ لاَ إِلَهَ إِلاَّ أَنْتَ. ثُمَّ رَجَعَ إِلَى حَدِيثِ وَكِيعٍ سُبْحَانَكَ إِنِّى ظَلَمْتُ نَفْسِى فَاغْفِرْ لِى إِنَّهُ لاَ يَغْفِرُ الذُّنُوبَ إِلاَّ أَنْتَ. ثُمَّ ضَحِكَ قُلْتُ مَا يُضْحِكُكَ قَالَ كُنْتُ رِدْفاً لِرَسُولِ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ فَفَعَلَ كَالَّذِى رَأَيْتَنِى فَعَلْتُ. ثُمَّ ضَحِكَ قُلْتُ يَا رَسُولَ اللَّهِ مَا يُضْحِكُكَ قَالَ «قَالَ اللَّهُ تَبَارَكَ وَتَعَالَى عَجَبٌ لِعَبْدِى يَعْلَمُ أَنَّهُ لاَ يَغْفِرُ الذُّنُوبَ غَيْرِى». «...إنّ الله لَيَعْجَبُ مِنَ العَبْدِ إذا قالَ لا إله إلاّ أنتَ إنِّي قد ظَلَمْتُ نَفْسِي فاغْفِرْ لي ذُنُوبِي إنهُ لا يَغْفِرُ الذُّنوبَ إلاّ أنْتَ قال عَبْدِي عَرفَ أنَّ لهُ رَبّاً يَغْفِرُ ويُعاقِبُ»
“Rəvayət edilir ki, Əli ibn Rabiə ﵀ demişdir: “Mən Əlinin miniyinin tərkində yol getmişəm. O, ayağını miniyinin üzəngisinə qoyanda: “Allahın adı ilə!”- dedi. Oturanda isə dedi: “Allaha həmd olsun! Bunu bizə ram edən Allah pakdır, müqəddəsdir. Yoxsa bizim ona gücümüz çatmazdı. Şübhəsiz ki, biz Rəbbimizə qayıdacağıq” (əz-Zuxruf, 13-14). Sonra o, üç dəfə “Əlhəmdulilləh”, üç dəfə “Allahu Əkbər”, üç dəfə “Subhən-Allah” və “Səndən başqa ibadətə layiq məbud yoxdur”- dedi. Bundan sonra: “Sən pak və müqəddəssən! Mən özümə zülm etdim. Məni bağışla! Şübhəsiz ki, günahları ancaq Sən bağışlayırsan!”- dedi və güldü. Mən soruşdum: “Səni güldürən nədir?” O dedi: “Mən Allah Elçisinin ﷺ miniyinin tərkində yol getmişəm. O da mənim etdiyim kimi etdi və güldü”. Mən də: “Ey Allahın Elçisi! Səni güldürən nədir?”- deyə soruşdum. O dedi: “Uca Allah buyurur: “Məndən qeyrisinin günahları bağışlamayacağını bilən quluma təəccüblənirəm”. Digər rəvayətdə isə belə deyilir: “Həqiqətən, Allah qulun belə deməsinə təəccüblənir: “Lə: ilə:hə illə: ənt, inni: qad zaləmtu nəfsi: fəğfirli: zunu:bi: innəhu: lə: yəğfiruz-zunu:bə illə: ənt”. (Bu zaman) Allah buyurur: “Qulum bilir ki, onun bağışlayan və cəzalandıran Rəbbi var”.”
Qeyd
əl-Hakim, 2482. Hədis səhihdir. Bax: Silsilə əs-Səhihə, 1653.
İstinad
Fəzilətli əməllər, 768 (Kitab 15, 89)
Fəzilətli əməllər — Dua və Zikr