Bazara girərkən edilən zikr
عَنْ عُمَرَ قَالَ قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ « مَنْ دَخَلَ السُّوقَ فَقَالَ لاَ إِلَهَ إِلاَّ اللَّهُ وَحْدَهُ لاَ شَرِيكُ لَهُ لَهُ الْمُلْكُ وَلَهُ الْحَمْدُ يُحْيِى وَيُمِيتُ وَهُوَ حَىٌّ لاَ يَمُوتُ بِيَدِهِ الْخَيْرُ وَهُوَ عَلَى كُلِّ شَىْءٍ قَدِيرٌ كَتَبَ اللَّهُ لَهُ أَلْفَ أَلْفِ حَسَنَةٍ وَمَحَا عَنْهُ أَلْفَ أَلْفِ سَيِّئَةٍ وَرَفَعَ لَهُ أَلْفَ أَلْفِ دَرَجَةٍ )وَبَنَى لَهُ بَيْتًا فِى الْجَنَّةِ (».
“Rəvayət edilir ki, Ömər ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurmuşdur: “Kim bazara girəndə: “Lə: ilə:hə illəlla:hu vahdəhu: lə: şəri:kə ləhu, ləhul-mulku va ləhul-həmdu, yuhyi: va yumi:tu va huvə həyyun, lə: yəmu:tu, biyədihil-xayru va huvə alə: kulli şey in qadi:r!”- deyərsə, Allah ona milyon savab yazar, milyon günahını silər, onu milyon dərəcə yüksəldər (və Cənnətdə onun üçün bir ev tikər)”.”
Qeyd
İbn Macə, 2235, 2320; əl-Hakim, 1973. Hədis həsəndir. Bax: Sahih əl-Cami, 6231.
İstinad
Fəzilətli əməllər, 769 (Kitab 15, 90)
Fəzilətli əməllər — Dua və Zikr