Dua və Zikr

Döyüşdən qaçan da bağışlana bilər

سَمِعْتُ بِلاَلَ بْنَ يَسَارِ بْنِ زَيْدٍ مَوْلَى النَّبِىِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ حَدَّثَنِى أَبِى عَنْ جَدِّى سَمِعَ النَّبِىَّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ « مَنْ قَالَ أَسْتَغْفِرُ اللَّهَ الْعَظِيمَ الَّذِى لاَ إِلَهَ إِلاَّ هُوَ الْحَىَّ الْقَيُّومَ وَأَتُوبُ إِلَيْهِ. غُفِرَ لَهُ وَإِنْ كَانَ فَرَّ مِنَ الزَّحْفِ ».

“Peyğəmbərin ﷺ azad etdiyi kölə Bilal ibn Yəsar ibn Zeyd ﵁ demişdir: “Bu hədisi atam mənə babamdan rəvayət etmişdir: “Mən Allah Elçisinin ﷺ belə buyurduğunu eşitmişəm: “Kim: “Əstəğfirulla:həl-azi:məl-ləzi: lə: ilə:hə illə: Huvəl-Həyyəl-Qayyu:mə va ətu:bu ileyh!”- deyərsə, döyüş meydanından qaçmış olsa belə, günahları bağışlanar”.”

Bilal ibn Yəsar ibn Zeyd
Səhih

Qeyd

ət-Tirmizi, 3577, 3926; Əbu Davud, 1517, 1519. Hədis səhih li-ğeyrihidir. Bax: Səhih ət-Tərğib vat-Tərhib, 2831.

İstinad

Fəzilətli əməllər, 770 (Kitab 15, 91)

Fəzilətli əməllər — Dua və Zikr