Dua və Zikr

Lə: ilə:hə illəlla:hu vahdəhu lə: şəri:kə ləhu, ləhul-mulku va ləhul-həmdu va huvə alə: kulli şey in qadi:r

عَنْ أَبِي عَيَّاشٍ الزُّرَقيِّ قَالَ: قَالَ رَسُوْلُ اللهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ: «مَنْ قَالَ حِينَ يُصْبِحُ: لاَ إِلَهَ إِلاَّ اللهُ وَحْدَهُ لاَ شَرِيْكَ لَهُ، لَهُ الْمُلكُ وَلَهُ الْحَمْدُ وَهُوَ عَلَى كُلِّ شَيْءٍ قَدِيرٌ، كَانَ لَهُ عَدْلَ رَقَبَةٍ مِنْ وَلَدِ إِسْمَاعِيلَ، وَحُطَّ عَنْهُ عَشْرُ خَطِيئاتٍ، وَرُفِعَ لَهُ عَشْرُ دَرَجَاتٍ، وَكَانَ فَي حِرْزٍ مِنَ الشَّيطَانِ حَتَّى يُمْسِي، وَإِذَا أَمْسَى فَمِثْلُ ذَلِكَ حَتَّى يُصْبِحَ». قَالَ: فَرأَى رَجُلٌ رَسُوْلَ اللهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ فِيمَا يَرَى النَّائِمُ فَقَالَ: يَا رَسُوْلَ اللهِ! إِنَّ أَبَا عَيَّاشٍ يَرْوُي عَنْكَ كَذَا وَكَذَا فَقَالَ: «صَدَقَ أَبُو عَيَّاشٍ».

“Rəvayət edilir ki, Əbu Ayyəş əz-Zuraqi ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Kim səhər: “Lə: ilə:hə illəlla:hu vahdəhu: lə: şəri:kə ləhu, ləhul-mulku va ləhul-həmdu va huvə alə: kulli şey in qadi:r!”- deyərsə, bu, onun üçün İsmayıl övladından bir köləni azad etməyə bərabərdir. Həmçinin onun on günahı silinər, on dərəcə yüksələr və o gün axşama qədər şeytandan qorunmuş olar. Axşam dedikdə səhərə qədər bunları qazanmış olar”. Sonra bir nəfər yuxusunda Allah Elçisini ﷺ görüb ondan soruşdu: “Ey Allahın Elçisi, Əbu Ayyəş səndən belə bir hədis rəvayət edir”. Allah Elçisi ﷺ: “Əbu Ayyəş doğru söylədi!”- deyə buyurdu”.”

Əbu Ayyəş əz-Zuraqi
Səhih

Qeyd

İbn Macə, 3867, 4000; Əbu Davud, 5077, 5079. Hədis səhihdir. Bax: Mişkətul-Məsabih, 2395.

İstinad

Fəzilətli əməllər, 811 (Kitab 15, 132)

Fəzilətli əməllər — Dua və Zikr