Dua və Zikr

Namazdan sonra deyilən zikrlər

عَنْ عَبْدِ اللهِ بْنِ شَدَّادٍ ، أَنَّ نَفَرًا مِنْ بَنِي عُذْرَةَ ثََلاَثَةً ، أَتَوْا النَّبِيَّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ فَأَسْلَمُوا ، قَالَ : فَقَالَ النَّبِيُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ : مَنْ يَكْفِينِِيهِمْ ؟ قَالَ طَلْحَةُ : أَنَا . قَالَ : فَكَانُوا عِنْدَ طَلْحَةَ ، فَبَعَثَ النَّبِيُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ بَعْثًا فَخَرَجَ فيه أَحَدُهُمْ فَاسْتُشْهِدَ ، قَالَ : ثُمَّ بَعَثَ بَعْثًا فَخَرَجَ فِيهِ آخَرُ فَاسْتُشْهِدَ ، قَالَ : ثُمَّ مَاتَ الثَّالِثُ عَلَى فِرَاشِهِ ، قَالَ طَلْحَةُ : فَرَأَيْتُ هَؤُلاءِ الثَّلاثَةَ الَّذِينَ كَانُوا عِنْدِي فِي الْجَنَّةِ ، فَرَأَيْتُ الْمَيِّتَ عَلَى فِرَاشِهِ أَمَامَهُمْ ، وَرَأَيْتُ الَّذِي اسْتُشْهِدَ أَخِيرًا يَلِيهِ ، وَرَأَيْتُ الَّذِي اسْتُشْهِدَ أَوَّلَهُمِ آخِرَهُمْ ، قَالَ : فَدَخَلَنِي مِنْ ذَلِكَ ، قَالَ : فَأَتَيْتُ النَّبِيَّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ فَذَكَرْتُ ذَلِكَ لَهُ ، قَالَ : فَقَالَ رَسُولُ اللهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ : وَمَا أَنْكَرْتَ مِنْ ذَلِكَ لَيْسَ أَحَدٌ أَفْضَلَ عِنْدَ اللهِ مِنْ مُؤْمِنٍ يُعَمَّرُ فِي الإِسْلامِ لِتَسْبِيحِهِ وَتَكْبِيرِهِ وَتَهْلِيلِهِ.

“Abdullah ibn Şəddad ﵁ rəvayət etmişdir ki, Bəni Uzra qəbiləsindən üç nəfər Peyğəmbərin ﷺ yanına gəlib İslam dinini qəbul etdilər. Sonra Peyğəmbər ﷺ: “Kim bunları öz himayəsinə götürə bilər?”– dedi və Talhə ibn Ubeydullah bu işi öz boynuna götürdü. Bir müddət sonra Peyğəmbər ﷺ ordu hazırlayıb döyüşə göndərdi. Həmin üç nəfərdən biri onlara qoşuldu və döyüşdə şəhid oldu. Daha sonra Peyğəmbər ﷺ yenə ordu hazırlayıb döyüşə göndərdi. Yenə onlardan biri orduya qoşuldu və döyüşdə şəhid oldu. Üçüncüsü isə yataqda vəfat etdi. Talhə dedi: “Mən yuxuda bu üç nəfərin Cənnətə girdiyini gördüm. Mən yataqda vəfat edənin öndə durduğunu, ikinci şəhid olanın onun arxasında durduğunu, ilk şəhid olanın isə onların arxasında durduğunu gördüm. Bu yuxu mənə qəribə gəldi və mən onu Peyğəmbərə ﷺ danışdım”. Peyğəmbər ﷺ dedi: “Səni təəccübləndirən nədir?! Allah yanında təsbih, təkbir və təhlil gətirərək İslamda yaşayan mömindən daha fəzilətli bir kimsə ola bilməz”.”

Abdullah ibn Şəddad
Səhih

Qeyd

Əhməd, 1401; ən-Nəsəi “Sunənul-Kubra” 10606. Hədis səhihdir. Bax: Silsilə əs-Səhihə, 654.

İstinad

Fəzilətli əməllər, 751 (Kitab 15, 72)

Fəzilətli əməllər — Dua və Zikr