Dəstəmaz aldıqdan sonra deyilən zikr
عَن أبي سعيد الْخُدْرِيّ قَالَ: قَالَ رَسُول الله صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ: «من قَرَأَ سُورَة الْكَهْف كَمَا أنزلت كَانَت لَهُ نورا يَوْم الْقِيَامَة من مقَامه إِلَى مَكَّة، وَمن قَرَأَ عشر آيَات من آخرهَا ثمَّ خرج الدَّجَّال لم يُسَلط عَلَيْهِ، وَ مَنْ تَوَضَّأَ ثمَّ قَالَ: سُبْحَانَكَ اللَّهُمَّ وَبِحَمْدِكَ أَشْهَدُ أَنْ لَا إلَهَ إلَّا أَنْتَ أَسْتَغْفِرُكَ وَأَتُوبُ إلَيْكَ كُتِبَ فِي رَقٍّ ثُمَّ طُبِعَ بِطَابَعٍ فَلَمْ يُكْسَرْ إلَى يَوْمِ الْقِيَامَةِ»
“Rəvayət edilir ki, Əbu Səid əl-Xudri ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Kim “əl-Kəhf” surəsini nazil olduğu kimi oxuyarsa, bu, onun üçün Qiyamət günü durduğu yerdən Məkkəyə qədər nur olacaq. Kim onun axırıncı on ayəsini oxuyar, sonra Dəccal peyda olarsa, ona təsir göstərə bilməz. Kim dəstəmaz alıb bu duanı: “Subhə:nəkə Alla:hummə və bihəmdikə, əşhədu əl-lə: ilə:hə illə: əntə, əstəğfirukə va ətu:bu ileyk”– deyərsə, dəri üzərinə yazılıb möhür vurular və Qiyamətə qədər sınmaz”.”
Qeyd
əl-Hakim, 564, 2072. Hədis səhihdir. Bax: Səhih ət-Tərğib vət-Tərhib, 220, 1473.
İstinad
Fəzilətli əməllər, 742 (Kitab 15, 63)
Fəzilətli əməllər — Dua və Zikr