Namazdan sonra deyilən zikrlər
عَنْ أَبِى هُرَيْرَةَ - وَهَذَا حَدِيثُ قُتَيْبَةَ أَنَّ فُقَرَاءَ الْمُهَاجِرِينَ أَتَوْا رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ فَقَالُوا ذَهَبَ أَهْلُ الدُّثُورِ بِالدَّرَجَاتِ الْعُلَى وَالنَّعِيمِ الْمُقِيمِ. فَقَالَ « وَمَا ذَاكَ ». قَالُوا يُصَلُّونَ كَمَا نُصَلِّى وَيَصُومُونَ كَمَا نَصُومُ وَيَتَصَدَّقُونَ وَلاَ نَتَصَدَّقُ وَيُعْتِقُونَ وَلاَ نُعْتِقُ. فَقَالَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ « أَفَلاَ أُعَلِّمُكُمْ شَيْئًا تُدْرِكُونَ بِهِ مَنْ سَبَقَكُمْ وَتَسْبِقُونَ بِهِ مَنْ بَعْدَكُمْ وَلاَ يَكُونُ أَحَدٌ أَفْضَلَ مِنْكُمْ إِلاَّ مَنْ صَنَعَ مِثْلَ مَا صَنَعْتُمْ ». قَالُوا بَلَى يَا رَسُولَ اللَّهِ. قَالَ « تُسَبِّحُونَ وَتُكَبِّرُونَ وَتَحْمَدُونَ دُبُرَ كُلِّ صَلاَةٍ ثَلاَثًا وَثَلاَثِينَ مَرَّةً ». قَالَ أَبُو صَالِحٍ فَرَجَعَ فُقَرَاءُ الْمُهَاجِرِينَ إِلَى رَسُولِ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ فَقَالُوا سَمِعَ إِخْوَانُنَا أَهْلُ الأَمْوَالِ بِمَا فَعَلْنَا فَفَعَلُوا مِثْلَهُ. فَقَالَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ « ذَلِكَ فَضْلُ اللَّهِ يُؤْتِيهِ مَنْ يَشَاءُ ». وَزَادَ غَيْرُ قُتَيْبَةَ فِى هَذَا الْحَدِيثِ عَنِ اللَّيْثِ عَنِ ابْنِ عَجْلاَنَ قَالَ سُمَىٌّ فَحَدَّثْتُ بَعْضَ أَهْلِى هَذَا الْحَدِيثَ فَقَالَ وَهِمْتَ إِنَّمَا قَالَ « تُسَبِّحُ اللَّهَ ثَلاَثًا وَثَلاَثِينَ وَتَحْمَدُ اللَّهَ ثَلاَثًا وَثَلاَثِينَ وَتُكَبِّرُ اللَّهَ ثَلاَثًا وَثَلاَثِينَ ». فَرَجَعْتُ إِلَى أَبِى صَالِحٍ فَقُلْتُ لَهُ ذَلِكَ فَأَخَذَ بِيَدِى فَقَالَ اللَّهُ أَكْبَرُ وَسُبْحَانَ اللَّهِ وَالْحَمْدُ لِلَّهِ وَاللَّهُ أَكْبَرُ وَسُبْحَانَ اللَّهِ وَالْحَمْدُ لِلَّهِ حَتَّى تَبْلُغَ مِنْ جَمِيعِهِنَّ ثَلاَثَةً وَثَلاَثِينَ. قَالَ ابْنُ عَجْلاَنَ فَحَدَّثْتُ بِهَذَا الْحَدِيثِ رَجَاءَ بْنَ حَيْوَةَ فَحَدَّثَنِى بِمِثْلِهِ عَنْ أَبِى صَالِحٍ عَنْ أَبِى هُرَيْرَةَ عَنْ رَسُولِ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ.
“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Kasıb mühacirlər Allah Elçisinin ﷺ yanına gəlib dedilər: “Varlılar ən yüksək məqamlara və tükənməz nemətlərə nail oldular”. Allah Elçisi ﷺ: “Bu necə ola bilər?”– deyə soruşdu. Dedilər: “Onlar bizim kimi namaz qılır və bizim kimi oruc tuturlar. Üstəlik, onlar sədəqə verir, biz isə verə bilmirik, onlar kölə azad edir, biz isə azad edə bilmirik”. Allah Elçisi ﷺ buyurdu: “Sizə elə bir şey öyrədimmi ki, onu yerinə yetirməklə sizi ötüb keçənlərə çatasınız, sizdən sonra yaşayanlardan heç kəs sizə çata bilməsin və sizin etdiyinizi edənlər istisna olmaqla, aranızda olan kimsələrin ən xeyirlisi siz olasınız?” Onlar: “Bəli, ey Allahın Elçisi!”– dedikdə o, belə buyurdu: “Hər (vacib) namazdan sonra otuz üç dəfə “Subhən-Allah”, “Əlhəmdulilləh” və “Allahu Əkbər” deyin!” Bir müddət keçdikdən sonra kasıb mühacirlər Allah Elçisinin ﷺ yanına gəlib dedilər: “Varlı qardaşlarımız bizim dediklərimizi eşitdilər. İndi onlar da bu zikrləri deyirlər”. Allah Elçisi ﷺ buyurdu: “Bu, Allahın lütfüdür, onu istədiyinə verər”.”
Qeyd
Muslim, 1347, 1375.
İstinad
Fəzilətli əməllər, 748 (Kitab 15, 69)
Fəzilətli əməllər — Dua və Zikr