Dua və Zikr

İstiftahda deyilən zikrin fəziləti

عَنْ عَبْدِ اللهِ قَالَ: قَالَ رَسُولُ اللهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ: إِنَّ أَحَبَّ الْكَلاَمِ إِلَى اللهِ أَنْ يَقُولَ الْعَبْدُ: سُبْحَانَكَ اللَّهُمَّ وَبِحَمْدِكَ، وَتَبَارَكَ اسْمُكَ، وَتَعَالَى جَدُّكَ، وَلاَ إِلَهَ غَيْرُكَ، وَإِنَّ أَبْغَضَ الْكَلاَمِ إِلَى اللهِ أَنْ يَقُولَ الرَّجُلُ لِلرَّجُلِ: اتَّقِ اللَّهَ فَيَقُولُ: عَلَيْكَ نَفْسَكَ.

“Rəvayət edilir ki, Abdullah ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Həqiqətən, Allaha ən sevimli kəlmə qulun belə deməsidir: “Subhə:nəkə Alla:hummə va bihəmdikə va təbə:rakə ismukə və təa:lə: cəddukə va lə: ilə:hə ğayruk!” Həqiqətən, Allahın nifrət etdiyi kəlmə isə bir kişinin digərinə: ”Allahdan qorx!”- dedikdə, onun: “Get, öz işinlə məşğul ol!”- deməsidir”.”

Abdullah
Səhih

Qeyd

ən-Nəsəi “Sunənul-Kubra” 10619. Hədis səhihdir. Bax: Silsilə əs-Səhihə, 2598, 2939.

İstinad

Fəzilətli əməllər, 747 (Kitab 15, 68)

Fəzilətli əməllər — Dua və Zikr