Dua və Zikr

Namazda edilən duaların fəziləti

عَنْ رِفَاعَةَ بْنِ رَافِعٍ الزُّرَقِىِّ قَالَ: كُنَّا يَوْمًا نُصَلِّى وَرَاءَ النَّبِىِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ فَلَمَّا رَفَعَ رَأْسَهُ مِنَ الرَّكْعَةِ قَالَ: «سَمِعَ اللَّهُ لِمَنْ حَمِدَهُ». قَالَ رَجُلٌ وَرَاءَهُ رَبَّنَا وَلَكَ الْحَمْدُ، حَمْدًا كَثِيرًا طَيِّبًا مُبَارَكًا فِيهِ، فَلَمَّا انْصَرَفَ قَالَ: «مَنِ الْمُتَكَلِّمُ»، قَالَ: أَنَا، قَالَ: «رَأَيْتُ بِضْعَةً وَثَلاَثِينَ مَلَكًا يَبْتَدِرُونَهَا، أَيُّهُمْ يَكْتُبُهَا أَوَّلُ».

“Rəvayət edilir ki, Rifəa ibn Rafi əz-Zuraqi ﵁ demişdir: “Bir dəfə biz Peyğəmbərin ﷺ arxasında namaz qılırdıq. O, rukudan başını qaldırıb: “Səmi Alla:hu limən həmidəh”- dedi. Arxasında duran bir nəfər isə: “Rabbənə: va ləkəl-həmd, həmdən, kəsi:ran, tayyibən, mubə:rakən fi:hi!”- dedi. Peyğəmbər ﷺ namazı bitirdikdən sonra soruşdu: “Bunu deyən kim idi?” Səhabə: “Mən”- dedi. Onda Peyğəmbər ﷺ buyurdu: “Mən otuzdan çox mələk gördüm ki, bu sözü hansı biri daha tez yazacaq deyə bir-birini ötməyə çalışırdılar”.”

Rifəa ibn Rafi əz-Zuraqi
Səhih

Qeyd

əl-Buxari, 757, 799.

İstinad

Fəzilətli əməllər, 746 (Kitab 15, 67)

Fəzilətli əməllər — Dua və Zikr