Dua və Zikr

Namazda edilən duaların fəziləti

عَنِ ابْنِ عُمَرَ قَالَ بَيْنَمَا نَحْنُ نُصَلِّى مَعَ رَسُولِ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ إِذْ قَالَ رَجُلٌ مِنَ الْقَوْمِ اللَّهُ أَكْبَرُ كَبِيرًا وَالْحَمْدُ لِلَّهِ كَثِيرًا وَسُبْحَانَ اللَّهِ بُكْرَةً وَأَصِيلاً. فَقَالَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ «مَنِ الْقَائِلُ كَذَا وَكَذَا». فَقَالَ رَجُلٌ مِنَ الْقَوْمِ أَنَا يَا رَسُولَ اللَّهِ. قَالَ «عَجِبْتُ لَهَا فُتِحَتْ لَهَا أَبْوَابُ السَّمَاءِ». قَالَ ابْنُ عُمَرَ مَا تَرَكْتُهُنَّ مُنْذُ سَمِعْتُهُنَّ مِنْ رَسُولِ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ.

“Rəvayət edilir ki, İbn Ömər ﵄ demişdir: “Biz Allah Elçisi ﷺ ilə namaz qılarkən camaatdan bir kişi (dua edərək) belə dedi: “Alla:hu əkbəru kəbi:ran, valhəmdulillə:hi kəsi:ran, va subhə:n-Alla:hi bukratən va əsi:lən!” Allah Elçisi ﷺ dedi: “Filan-filan kəlmələri deyən kim idi?” Camaatdan bir kişi dedi: “Mən idim, ey Allahın Elçisi!” Peyğəmbər ﷺ buyurdu: “Buna təəccüb etdim - və ya bu mənada sözlər dedi - səma qapıları bunun üçün açıldı”. İbn Ömər dedi: “Bu kəlmələri Allah Elçisindən ﷺ eşitdiyim gündən bəri tərk etmədim”.”

İbn Ömər
Səhih

Qeyd

Muslim, 943, 1386; ət-Tirmizi, 3592, 3941; ən-Nəsəi “Sunən” 886.

İstinad

Fəzilətli əməllər, 745 (Kitab 15, 66)

Fəzilətli əməllər — Dua və Zikr