Dua və Zikr

Namazdan sonra deyilən zikrlər

عَنْ أَنَسٍ قَالَ لَمَّا قَدِمَ النَّبِىُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ الْمَدِينَةَ أَتَاهُ الْمُهَاجِرُونَ فَقَالُوا يَا رَسُولَ اللَّهِ مَا رَأَيْنَا قَوْمًا أَبْذَلَ مِنْ كَثِيرٍ وَلاَ أَحْسَنَ مُوَاسَاةً مِنْ قَلِيلٍ مِنْ قَوْمٍ نَزَلْنَا بَيْنَ أَظْهُرِهِمْ لَقَدْ كَفَوْنَا الْمُؤْنَةَ وَأَشْرَكُونَا فِى الْمَهْنَإِ حَتَّى خِفْنَا أَنْ يَذْهَبُوا بِالأَجْرِ كُلِّهِ. فَقَالَ النَّبِىُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ « لاَ مَا دَعَوْتُمُ اللَّهَ لَهُمْ وَأَثْنَيْتُمْ عَلَيْهِمْ ».

“Rəvayət edilir ki, Ənəs ﵁ demişdir: “Peyğəmbər ﷺ Mədinəyə hicrət etdikdən sonra bir dəfə mühacirlər onun yanına gəlib dedilər: “Ey Allahın Elçisi, biz ənsar qədər malının çoxundan da, azından da olduqca çox xərcləyən və olduqca əliaçıq olan başqa birisini görməmişik. Onlar bizim qeydimizə qalmış və bizim bütün ehtiyaclarımızı ödəmişlər. Qorxuruq ki, savabın hamısını onlar qazana”. Peyğəmbər ﷺ buyurdu: “Xeyr, nə qədər ki, siz onlar üçün Allaha dua edirsiniz və (yaxşı əməllərinə görə) onları tərifləyirsiniz, (siz də savab qazanırsınız)”.”

Ənəs
Səhih

Qeyd

əl-Buxari “Ədəbul-Mufrad” 217; ət-Tirmizi, 2487, 2675. Hədis səhihdir. Bax: Mişkətul-Məsabih, 3026.

İstinad

Fəzilətli əməllər, 749 (Kitab 15, 70)

Fəzilətli əməllər — Dua və Zikr