Dua və Zikr

Lə: həulə va lə: quvvətə illə: billə:h

عَنْ مُعَاذٍ أَنَّ النَّبِيَّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ أَلَا أَدُلُّكَ عَلَى بَابٍ مِنْ أَبْوَابِ الْجَنَّةِ قَالَ وَمَا هُوَ قَالَ لَا حَوْلَ وَلَا قُوَّةَ إِلَّا بِاللَّهِ

“Muaz ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Sənə Cənnət qapılarından birini göstərimmi?” Mən dedim: “O hansıdır?” Allah Elçisi ﷺ buyurdu: “Lə: həulə va lə: quvvətə illə: billə:h!”.”

Muaz
Səhih

Qeyd

Əhməd, 21996, 22346. Hədis səhih li-ğeyrihidir. Bax: Səhih ət-Tərğib vat-Tərhib, 1581.

İstinad

Fəzilətli əməllər, 822 (Kitab 15, 143)

Fəzilətli əməllər — Dua və Zikr