Lə: həulə va lə: quvvətə illə: billə:h
عَنْ أَبِى مُوسَى الأَشْعَرِىِّ قَالَ: لَمَّا غَزَا رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ خَيْبَرَ - أَوْ قَالَ لَمَّا تَوَجَّهَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ أَشْرَفَ النَّاسُ عَلَى وَادٍ، فَرَفَعُوا أَصْوَاتَهُمْ بِالتَّكْبِيرِ اللَّهُ أَكْبَرُ اللَّهُ أَكْبَرُ، لاَ إِلَهَ إِلاَّ اللَّهُ. فَقَالَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ: «ارْبَعُوا عَلَى أَنْفُسِكُمْ، إِنَّكُمْ لاَ تَدْعُونَ أَصَمَّ وَلاَ غَائِبًا، إِنَّكُمْ تَدْعُونَ سَمِيعًا قَرِيبًا وَهُوَ مَعَكُمْ». وَأَنَا خَلْفَ دَابَّةِ رَسُولِ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ فَسَمِعَنِى وَأَنَا أَقُولُ لاَ حَوْلَ وَلاَ قُوَّةَ إِلاَّ بِاللَّهِ، فَقَالَ لِى: «يَا عَبْدَ اللَّهِ بْنَ قَيْسٍ». قُلْتُ لَبَّيْكَ يَا رَسُولَ اللَّهِ. قَالَ: «أَلاَ أَدُلُّكَ عَلَى كَلِمَةٍ مِنْ كَنْزٍ مِنْ كُنُوزِ الْجَنَّةِ». قُلْتُ بَلَى يَا رَسُولَ اللَّهِ فِدَاكَ أَبِى وَأُمِّى. قَالَ: «لاَ حَوْلَ وَلاَ قُوَّةَ إِلاَّ بِاللَّهِ».
“Rəvayət edilir ki, Əbu Musa əl-Əşari ﵁ demişdir: “Allah Elçisi ﷺ Xeybərə yürüş etdikdə (yaxud o istiqamətə getdikdə) və insanlar (hər hansı bir) vadiyə yaxınlaşdıqda uca səslə təkbir gətirib deyərdilər: “Allahu Əkbər, Allahu Əkbər, lə iləhə illəllah”. Allah Elçisi ﷺ buyurdu: “Özünüzə yazığınız gəlsin! Axı, siz kar və uzaqda olanı çağırmırsınız. Həqiqətən, O, Eşidəndir, Yaxındır və O, (həmişə) sizinlədir”. Həmin vaxt mən Allah Elçisinin ﷺ dəvəsinin arxa tərəfində idim. O mənim: “Lə: həulə va lə: quvvətə illə: billə:h!”- dediyimi eşitdi və mənə belə buyurdu: “Ey Abdullah ibn Qeys!” Mən dedim: “Hüzurundayam, ey Allahın Elçisi!” O dedi: “Sənə Cənnət xəzinələrindən sayılan bir kəlməni öyrədimmi?” Mən dedim: “Bəli, ey Allahın Elçisi, atam-anam sənə fəda olsun!” Allah Elçisi ﷺ buyurdu: “Lə həulə va lə quvvətə illə billəh!””
Qeyd
əl-Buxari, 4205; Muslim, 2704, 6120, 7037.
İstinad
Fəzilətli əməllər, 823 (Kitab 15, 144)
Fəzilətli əməllər — Dua və Zikr