Lə: həulə va lə: quvvətə illə: billə:h
عَنْ أَبِي ذَرٍّ ، قَالَ : أَمَرَنِي خَلِيلِي صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ بِسَبْعٍ : أَمَرَنِي بِحُبِّ الْمَسَاكِينِ ، وَالدُّنُوِّ مِنْهُمْ ، وَأَمَرَنِي أَنْ أَنْظُرَ إِلَى مَنْ هُوَ دُونِي ، وَلاَ أَنْظُرَ إِلَى مَنْ هُوَ فَوْقِي ، وَأَمَرَنِي أَنْ أَصِلَ الرَّحِمَ وَإِنْ أَدْبَرَتْ ، وَأَمَرَنِي أَنْ لاَ أَسْأَلَ أَحَدًا شَيْئًا ، وَأَمَرَنِي أَنْ أَقُولَ بِالْحَقِّ وَإِنْ كَانَ مُرًّا ، وَأَمَرَنِي أَنْ لاَ أَخَافَ فِي اللهِ لَوْمَةَ لاَئِمٍ ، وَأَمَرَنِي أَنْ أُكْثِرَ مِنْ قَوْلِ : لاَ حَوْلَ وَلاَ قُوَّةَ إِلاَّ بِاللَّهِ ، فَإِنَّهُنَّ مِنْ كَنْزٍ تَحْتَ الْعَرْشِ.
“Rəvayət edilir ki, Əbu Zərr ﵁ demişdir: “Sevimli dostum (yəni Peyğəmbər ﷺ) mənə yeddi şeyi əmr etdi; mənə kasıbları sevməyi və onlara yaxın olmağı, özümdən yuxarı olana yox, aşağı olana baxmağı, onlar üz döndərsələr belə, yenə də qohumluq əlaqələrini saxlamağı, heç kəsdən heç nə istəməməyi, acı olsa da, haqqı deməyi, Allah yolunda qınayanların qınağından qorxmamağı və “Lə həulə va lə quvvətə illə billəh!”- kəlməsini deməyi çoxaltmağı. Çünki, həqiqətən də, bu kəlmələr Ərşin altındakı xəzinələrdəndir”.”
Qeyd
Əhməd, 21415, 21453, 21745; İbn Hibban, 449; əl-Beyhəqi “Sunənul-Kubra” 20681. Hədis səhihdir. Bax: Silsilə əs-Səhihə, 2166.
İstinad
Fəzilətli əməllər, 824 (Kitab 15, 145)
Fəzilətli əməllər — Dua və Zikr