Dua və Zikr

Subhə:n-Allah, əlhəmdulilləh, lə: ilə:hə illəllah və Alla:hu əkbər

عَنْ أَنَسٍ قَالَ: جَاءَ أَعْرَابِيٌّ إِلَى النَّبِيِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ فَقَالَ: يَا رَسُولَ اللهِ، عَلِّمْنِي خَيْرًا فَأَخَذَ النَّبِيُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ بِيَدِهِ فَقَالَ: " قُلْ سُبْحَانَ اللهِ، وَالْحَمْدُ لِلَّهِ، وَلَا إِلَهَ إِلَّا اللهُ، وَاللهُ أَكْبَرُ قَالَ: فَعَقَدَ الْأَعْرَابِيُّ عَلَى يَدِهِ " وَمَضَى فَتَفَكَّرَ ثُمَّ رَجَعَ فَتَبَسَّمَ النَّبِيُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ: تَفَكَّرَ الْبَائِسُ فَجَاءَ فَقَالَ يَا رَسُولَ اللهِ، سُبْحَانَ اللهِ، وَالْحَمْدُ لِلَّهِ، وَلَا إِلَهَ إِلَّا اللهُ، وَاللهُ أَكْبَرُ هَذَا لِلَّهِ فَمَا لِي ؟ فَقَالَ لَهُ النَّبِيُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ: " يَا أَعْرَابِيُّ إِذَا قُلْتَ: سُبْحَانَ اللهِ قَالَ اللهُ: صَدَقْتَ وَإِذَا قُلْتَ: الْحَمْدُ لِلَّهِ قَالَ اللهُ: صَدَقْتَ، وَإِذَا قُلْتَ: لَا إِلَهَ إِلَّا اللهُ قَالَ اللهُ: صَدَقْتَ وَإِذَا قُلْتَ: اللهُ أَكْبَرُ قَالَ اللهُ: صَدَقْتَ وَإِذَا قُلْتَ: اللهُمَّ اعْفِرْ لِي قَالَ اللهُ: فَعَلْتُ وَإِذَا قُلْتَ: اللهُمَّ ارْحَمْنِي قَالَ اللهُ: فَعَلْتُ وَإِذَا قُلْتَ: اللهُمَّ ارْزُقْنِي قَالَ اللهُ: قَدْ فَعَلْتُ قَالَ: فَعَقَدَ الْأَعْرَابِيُّ عَلَى سَبْعٍ فِي يَدِهِ ثُمَّ وَلَّى "

“Rəvayət edilir ki, Ənəs ﵁ demişdir: “Bir bədəvi ərəb Peyğəmbərin ﷺ yanına gəlib dedi: “Ey Allahın Elçisi! Mənə xeyir öyrət”. Peyğəmbər ﷺ onun əlindən tutub dedi: “De: “Subhə:n-Allah vəlhəmdulilləh və lə: ilə:hə illəllah və Alla:hu Əkbər”. Bədəvi barmaqları ilə zikr edə-edə getdi. Sonra nəsə fikirləşib geri qayıtdı. Peyğəmbər ﷺ gülümsəyərək dedi: “Biçarə qul nəsə fikirləşib gəldi”. Bədəvi dedi: “Ey Allahın Elçisi! Subhə:n-Allah vəlhəmdulilləh və lə: ilə:hə illəllah və Alla:hu Əkbər” Allah üçündür, bəs mənə nə çatacaq?” Peyğəmbər ﷺ ona dedi: “Ey bədəvi, sən: “Subhə:n-Allah”- dedikdə, Allah buyurur: “Doğru söylədin”. Sən: “Əlhəmdulilləh”- dedikdə, Allah buyurur: “Doğru söylədin”. Sən: “Lə: ilə:hə illəllah”- dedikdə, Allah buyurur: “Doğru söylədin”. Sən: “Alla:hu Əkbər”- dedikdə, Allah buyurur: “Doğru söylədin”. Sən: “Allahım, məni bağışla! (Alla:hummə-ğfirli:)”- dedikdə, Allah buyurur: “Artıq (istədiyini) etdim!” Sən: “Allahım, mənə rəhm et! (Alla:hummə-rhəmni:)”- dedikdə, Allah buyurur: “Artıq (istədiyini) etdim!” Sən: “Allahım, məni ruziləndir! (Alla:hummə-rzuqni:)”- dedikdə, Allah buyurur: “Artıq (istədiyini) etdim!” Bədəvi yeddi barmağı ilə saydı, sonra getdi”.”

Ənəs
Səhih

Qeyd

əl-Beyhəqi “Şuabul-İman” 610; əd-Diya əl-Məqdisi “Əhədisul-Muxtəra” 1613. Hədis səhihdir. Bax: Silsilə əs-Səhihə, 3336.

İstinad

Fəzilətli əməllər, 825 (Kitab 15, 146)

Fəzilətli əməllər — Dua və Zikr