Subhə:n-Allah, əlhəmdulilləh, lə: ilə:hə illəllah və Alla:hu əkbər
عَنْ سَلْمَى أُمِّ بني أَبِي رَافِعٍ مَوْلَى رَسُولِ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ أَنَّهَا قَالَتْ: يَا رَسُولَ اللَّهِ أَخْبِرْنِي بِكَلِمَاتٍ وَلا تُكْثِرْ عَلَيَّ، فَقَالَ:قُولِي: اللَّهُ أَكْبَرُ عَشَرَ مِرَارٍ يَقُولُ اللَّهُ: هَذَا لِي، وَقُولِي سُبْحَانَ اللَّهِ عَشْرَ مِرَارٍ يَقُولُ اللَّهُ: هَذَا لِي، وَقُولِي اللَّهُمَّ اغْفِرْ لِي يَقُولُ: قَدْ فَعَلْتُ، فَتَقُولِينَ عَشْرَ مِرَارٍ وَيَقُولُ: قَدْ فَعَلْتُ.
“Allah Elçisinin ﷺ azad etdiyi Səlmə Ummu Bəni Əbu Rafi ﵂ demişdir: “Ey Allahın Elçisi, mənə uzun olmayan kəlmələr öyrət”. Allah Elçisi ﷺ buyurdu: “On dəfə: “Allahu Əkbər”- de. Allah buyurar: “Bu Mənim üçündür”. On dəfə: “Subhən-Allah”- de. Allah buyurar: “Bu Mənim üçündür”. De: “Allahım, məni bağışla!” Allah buyurar: “Artıq bağışladım”. Bunu on dəfə desən, Allah da on dəfə: “Artıq bağışladım”- deyər”.”
Qeyd
ət-Tabərani “Mucəmul-Kəbir” 766, 20222. Hədis səhih li-ğeyrihidir. Bax: Səhih ət-Tərğib vət-Tərhib, 1566.
İstinad
Fəzilətli əməllər, 826 (Kitab 15, 147)
Fəzilətli əməllər — Dua və Zikr