Dua və Zikr

Subhə:n-Allah, əlhəmdulilləh, lə: ilə:hə illəllah və Alla:hu əkbər

عَنْ عَبْدِ اللهِ، عَنِ النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ أَنَّهُ قَالَ: " إِنَّ اللهَ قَسَمَ بَيْنَكُمْ أَخْلَاقَكُمْ كَمَا قَسَمَ بَيْنَكُمْ أَرْزَاقَكُمْ، وَإِنَّ اللهَ يُعْطِي الْمَالَ مَنْ يُحِبُّ، وَمَنْ لَا يُحِبُّ، وَلَا يُعْطِي الْإِيمَانَ، إِلَّا مَنْ يُحِبُّ فَإِذَا أَحَبَّ عَبْدًا أَعْطَاهُ الْإِيمَانَ فَمَنَ ضَنَّ بِالْمَالِ أَنْ يُنْفِقَهُ وَهَابَ اللَّيْلَ أَنْ يُكَابِدَهُ، وَخَافَ الْعَدُوَّ أَنْ يُجَاهِدَهُ فَلْيُكْثِرْ مِنْ سُبْحَانَ اللهِ، وَالْحَمْدُ لِلَّهِ وَلَا إِلَهَ إِلَّا اللهُ، وَاللهُ أَكْبَرُ فَإِنَّهُنَّ مُقَدِّمَاتٌ مُجَنِّبَاتٌ، وَمُعَقِّبَاتٌ وَهُنَّ الْبَاقِيَاتُ الصَّالِحَاتُ "

“Abdullah ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “Həqiqətən, Allah sizin aranızda ruzini bölüşdürdüyü kimi əxlaqı da bölüşdürmüşdür. Allah mal-dövləti sevdiyinə də, sevmədiyinə də verir, imanı isə yalnız sevdiyinə verir. Əgər Allah bir bəndəni sevərsə, ona iman verər. Kim malını xərcləməyə xəsislik etsə, gecə (namazına qalxmağa) tənbəllik etsə, düşmənlə cihad etməkdən qorxsa, qoy “Subhə:n-Allah, əlhəmdulilləh, lə: ilə:hə illəllah, Alla:hu əkbər”– desin. Bunlar öndən, yanlardan və arxadan qoruyanlardır. Əbədi qalacaq saleh əməllər də elə bunlardır”.”

Abdullah
Səhih

Qeyd

əl-Beyhəqi “Şuabul-İman” 599; ət-Tabərani “Mucəmul-Kəbir” 8897, 8990. Hədis səhihdir. Bax: Silsilə əs-Səhihə, 2714.

İstinad

Fəzilətli əməllər, 827 (Kitab 15, 148)

Fəzilətli əməllər — Dua və Zikr