Dua və Zikr

Lə: ilə:hə illəlla:hu vahdəhu lə: şəri:kə ləhu, ləhul-mulku va ləhul-həmdu, yuhyi: va yumi:tu, biyədihil-xayru va huvə alə: kulli şey in qadi:r

عَنْ أَبِي أُمَامَةَ قَالَ: قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ: "مَنْ قَالَ فِي دُبُرِ صَلاةِ الْغَدَاةِ: لا إِلَهَ إِلا اللَّهُ، وَحْدَهُ لا شَرِيكَ لَهُ، لَهُ الْمُلْكُ، وَلَهُ الْحَمْدُ، وَيُحْيِي وَيُمِيتُ بِيَدِهِ الْخَيْرُ، وَهُوَ عَلَى كُلِّ شَيْءٍ قَدْيرٌ مِئَةَ مَرَّةٍ قَبْلَ أَنْ يَثْنِيَ رِجْلَيْهِ، كَانَ يَوْمَئِذٍ أَفْضَلَ أَهْلِ الأَرْضِ عملا إِلا مَنْ قَالَ مِثْلَ مَا قَالَ أَوْ زَادَ عَلَى مَا قَالَ".

“Rəvayət edilir ki, Əbu Umamə ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Kim Sübh namazından sonra oturduğu halda yüz dəfə: “Lə: ilə:hə illəlla:hu vahdəhu: lə: şəri:kə ləhu, ləhul-mulku va ləhul-həmdu, yuhyi: va yumi:tu, biyədihil-xayru va huvə alə: kulli şey in qadi:r!”- deyərsə, o gün yer əhli arasında ən fəzilətli əməli etmiş sayılar, onun kimi və ya ondan artığını deyən isə istisnadır”.”

Əbu Umamə
Həsən

Qeyd

ət-Tabərani “Mucəmul-Əvsat” 7200, “Mucəmul-Kəbir” 8001, 8075. Hədis həsəndir. Bax: Səhih ət-Tərğib vat-Tərhib, 476.

İstinad

Fəzilətli əməllər, 821 (Kitab 15, 142)

Fəzilətli əməllər — Dua və Zikr