Dua və Zikr

Subhə:n-Allah, əlhəmdulilləh, lə: ilə:hə illəllah və Alla:hu əkbər

عَنْ أُمِّ هَانِئٍ بِنْتِ أَبِى طَالِبٍ قَالَ قَالَتْ مَرَّ بِى ذَاتَ يَوْمٍ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ فَقُلْتُ يَا رَسُولَ اللَّهِ إِنِّى قَدْ كَبِرْتُ وَضَعُفْتُ - أَوْ كَمَا قَالَتْ - فَمُرْنِى بِعَمَلٍ أَعْمَلُهُ وَأَنَا جَالِسَةٌ. قَالَ «سَبِّحِى اللَّهَ مِائَةَ تَسْبِيحَةٍ فَإِنَّهَا تَعْدِلُ لَكِ مِائَةَ رَقَبَةٍ تُعْتِقِيهَا مِنْ وَلَدِ إِسْمَاعِيلَ وَاحْمَدِى اللَّهَ مِائَةَ تَحْمِيدَةٍ تَعْدِلُ لَكِ مِائَةَ فَرَسٍ مُسْرَجَةٍ مُلْجَمَةٍ تَحْمِلِينَ عَلَيْهَا فِى سَبِيلِ اللَّهِ وَكَبِّرِى اللَّهَ مِائَةَ تَكْبِيرَةٍ فَإِنَّهَا تَعْدِلُ لَكِ مِائَةَ بَدَنَةٍ مُقَلَّدَةٍ مُتَقَبَّلَةٍ وَهَلِّلِى اللَّهَ مِائَةَ تَهْلِيلَةٍ - قَالَ ابْنُ خَلَفٍ أَحْسِبُهُ قَالَ - تَمْلأُ مَا بَيْنَ السَّمَاءِ وَالأَرْضِ وَلاَ يُرْفَعُ يَوْمَئِذٍ لأَحَدٍ عَمَلٌ إِلاَّ أَنْ يَأْتِىَ بِمِثْلِ مَا أَتَيْتِ بِهِ».

“Rəvayət edilir ki, Ummu Hani bint Əbu Talib ﵂ demişdir: “Bir dəfə Allah Elçisi ﷺ mənə baş çəkməyə gəldi və mən ona dedim: “Mən artıq yaşa dolmuşam, qocalıq məni əldən salıb. Mənə elə bir əməl öyrət ki, oturduğum yerdə ona əməl edim (və savab qazanım)”. Allah Elçisi ﷺ buyurdu: “Yüz dəfə “subhən-Allah” de, bu, sənin üçün İsmayıl ﵇ nəslindən yüz kölə azad etməyə bərabər olacaq. Yüz dəfə “əlhəmdulilləh” de, bu, sənin üçün Allah yolunda döyüşənlərin mindiyi, yəhərlənmiş və yüyənlənmiş yüz ata bərabər olacaq. Yüz dəfə “Allahu əkbər” de, bu, sənin üçün qurban kəsilmiş və Allah tərəfindən qəbul edilmiş yüz dəvəyə bərabər olacaq. Yüz dəfə “Lə iləhə illəllah” de”. İbn Xələf dedi: “Zənnimcə Allah Elçisi ﷺ belə demişdi: “Bu, sənin üçün yerlə göy arasını savabla dolduracaq. Bu zikri etdiyin gün – həmin zikri edən kimsə istisna olmaqla – heç kəsin savabı səninkindən çox olmayacaq”.”

Ummu Hani bint Əbu Talib
Həsən

Qeyd

Əhməd, 26956, 27670. Hədis həsəndir. Bax: Silsilə əs-Səhihə, 1316.

İstinad

Fəzilətli əməllər, 843 (Kitab 15, 164)

Fəzilətli əməllər — Dua və Zikr