Dua və Zikr

Çərşənbə günü Zöhr ilə Əsr namazları arasında edilən dua

عَنْ عَبْدِ الرَّحْمَنِ بْنِ كَعْبٍ قَالَ: سَمِعْتُ جَابِرَ بْنَ عَبْدِ اللَّهِ يَقُولُ: دَعَا رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ فِي هَذَا الْمَسْجِدِ، مَسْجِدِ الْفَتْحِ، يَوْمَ الِاثْنَيْنِ وَيَوْمَ الثُّلاَثَاءِ وَيَوْمَ الأَرْبِعَاءِ، فَاسْتُجِيبَ لَهُ بَيْنَ الصَّلاَتَيْنِ مِنْ يَوْمِ الأَرْبِعَاءِ. قَالَ جَابِرٌ: وَلَمْ يَنْزِلْ بِي أَمْرٌ مُهِمٌّ غائِظٌ إِلاَّ تَوَخَّيْتُ تِلْكَ السَّاعَةَ، فَدَعَوْتُ اللَّهَ فِيهِ بَيْنَ الصَّلاَتَيْنِ يَوْمَ الأَرْبِعَاءِ فِي تِلْكَ السَّاعَةِ، إِلا عَرَفْتُ الإجَابَةَ.

“Rəvayət edilir ki, Abdur-Rahmən ibn Kəb ﵀ demişdir: “Mən Cabir ibn Abdullahın ﵄ belə dediyini eşitdim: “Allah Elçisi ﷺ bazar ertəsi, çərşənbə axşamı və çərşənbə günü bu Fəth məscidində dua etdi. Çərşənbə günü iki namaz (Zöhr və Əsr) arasında etdiyi dua qəbul oldu”. Cabir deyir: “Sonralar mən başıma gələn hər bir ağır müsibətə görə çərşənbə günü həmin vaxt iki namazın arasında Allaha dua edərdim və duamın qəbul olduğunu görərdim”.”

Abdur-Rahmən ibn Kəb
Həsən

Qeyd

Əhməd, 14563, 14603, 14617; əl-Buxari “Ədəbul-Mufrad” 704. Hədis həsəndir. Bax: Səhih ət-Tərğib vat-Tərhib, 1185.

İstinad

Fəzilətli əməllər, 796 (Kitab 15, 117)

Fəzilətli əməllər — Dua və Zikr