Dua və Zikr

Yunus peyğəmbərin ﵇ duası

حَدَّثَنِي إِبْرَاهِيمُ بْنُ مُحَمَّدِ بْنِ سَعْدٍ ، عَنْ أَبِيهِ ، عَنْ جَدِّهِ ، قَالَ : كُنَّا جُلُوسًا عِنْدَ النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، فَقَالَ : أَلاَ أُخْبِرُكُمْ بِشَيْءٍ إِذَا نَزَلَ بِرَجُلٍ مِنْكُمْ كَرِبٌ ، أَوْ بَلاَءٌ مِنْ بَلاَيَا الدُّنْيَا دَعَا بِهِ يُفَرَّجُ عَنْهُ ؟ فَقِيلَ لَهُ : بَلَى ، فَقَالَ : دُعَاءُ ذِي النُّونِ : لاَ إِلَهَ إِلاَّ أَنْتَ سُبْحَانَكَ إِنِّي كُنْتُ مِنَ الظَّالِمِينَ.

“Rəvayət edilir ki, Səd ibn Əbu Vaqqas ﵁ demişdir: “Biz Peyğəmbərin ﷺ yanında oturmuşduq. O dedi: “Sizə elə bir şey öyrədimmi ki, sizdən birinə bir sıxıntı və ya dünya müsibətlərindən bir bəla üz versə və o da bunu etsə, onda olan həmin bəla aradan qalxar?!” Səhabələr dedilər: “Bəli, ey Allahın Elçisi!” Allah Elçisi ﷺ belə buyurdu: “Bu, Zun-Nunun duasıdır: Səndən başqa ibadətə layiq məbud yoxdur! Sən pak və müqəddəssən! Həqiqətən, mən zalımlardan olmuşam!””

İbrahim ibn Muhəmməd ibn Səd atasından və babasından
Səhih

Qeyd

əl-Hakim, 1864; ən-Nəsəi “Sunənul-Kubra” 10416, 10491. Hədis səhihdir. Bax: Silsilə əs-Səhihə, 1744.

İstinad

Fəzilətli əməllər, 795 (Kitab 15, 116)

Fəzilətli əməllər — Dua və Zikr