Dua və Zikr

Yunus peyğəmbərin ﵇ duası

عَنْ سَعْدٍ قَالَ قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ «دَعْوَةُ ذِى النُّونِ إِذْ دَعَا وَهُوَ فِى بَطْنِ الْحُوتِ لاَ إِلَهَ إِلاَّ أَنْتَ سُبْحَانَكَ إِنِّى كُنْتُ مِنَ الظَّالِمِينَ. فَإِنَّهُ لَمْ يَدْعُ بِهَا رَجُلٌ مُسْلِمٌ فِى شَىْءٍ قَطُّ إِلاَّ اسْتَجَابَ اللَّهُ لَهُ».

“Rəvayət edilir ki, Səd ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Zun-Nun (Yunus ﵇) balığın qarnında olarkən belə dua etmişdir: “Lə: ilə:hə illə: ənt! Subhə:nəkə, inni: kuntu minəz-za:limi:n!” Bir şey istəyərək bu duanı edən elə bir müsəlman kişi yoxdur ki, Allah onun duasını qəbul etməsin”.”

Səd
Səhih

Qeyd

ət-Tirmizi, 3505, 3845. Hədis səhihdir. Bax: Səhih ət-Tərğib vat-Tərhib, 1826.

İstinad

Fəzilətli əməllər, 794 (Kitab 15, 115)

Fəzilətli əməllər — Dua və Zikr