Dua və Zikr

Namazdan sonra deyilən zikrlər

عَنْ مُعَاذِ بْنِ جَبَلٍ أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ أَخَذَ بِيَدِهِ وَقَالَ «يَا مُعَاذُ وَاللَّهِ إِنِّى لأُحِبُّكَ وَاللَّهِ إِنِّى لأُحِبُّكَ». فَقَالَ «أُوصِيكَ يَا مُعَاذُ لاَ تَدَعَنَّ فِى دُبُرِ كُلِّ صَلاَةٍ تَقُولُ اللَّهُمَّ أَعِنِّى عَلَى ذِكْرِكَ وَشُكْرِكَ وَحُسْنِ عِبَادَتِكَ». وَأَوْصَى بِذَلِكَ مُعَاذٌ الصُّنَابِحِىَّ وَأَوْصَى بِهِ الصُّنَابِحِىُّ أَبَا عَبْدِ الرَّحْمَنِ.

“Muaz ibn Cəbəl ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ əlimdən tutub buyurdu: “Ey Muaz, Allaha and olsun ki, həqiqətən, mən səni sevirəm. Allaha and olsun ki, həqiqətən, mən səni sevirəm. Ey Muaz, sənə tövsiyə edirəm ki, hər namazın arxasınca: “Alla:hummə, əinni: alə: zikrikə va şukrikə va husni ibə:dətik!”- deməyi tərk etməyəsən”.”

Muaz ibn Cəbəl
Səhih

Qeyd

Əbu Davud, 1522, 1524. Hədis səhihdir. Bax: Mişkətul-Məsabih, 949.

İstinad

Fəzilətli əməllər, 754 (Kitab 15, 75)

Fəzilətli əməllər — Dua və Zikr