Namazdan sonra deyilən zikrlər
عَنْ أَبِي هُرَيْرَةَ عَنْ رَسُولِ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ مَنْ سَبَّحَ اللَّهَ فِي دُبُرِ كُلِّ صَلَاةٍ ثَلَاثًا وَثَلَاثِينَ وَحَمِدَ اللَّهَ ثَلَاثًا وَثَلَاثِينَ وَكَبَّرَ اللَّهَ ثَلَاثًا وَثَلَاثِينَ فَتْلِكَ تِسْعَةٌ وَتِسْعُونَ وَقَالَ تَمَامَ الْمِائَةِ لَا إِلَهَ إِلَّا اللَّهُ وَحْدَهُ لَا شَرِيكَ لَهُ لَهُ الْمُلْكُ وَلَهُ الْحَمْدُ وَهُوَ عَلَى كُلِّ شَيْءٍ قَدِيرٌ غُفِرَتْ خَطَايَاهُ وَإِنْ كَانَتْ مِثْلَ زَبَدِ الْبَحْرِ
“Əbu Hureyra ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ buyurdu: “Kim hər namazdan sonra otuz üç dəfə “Subhən-Allah”, otuz üç dəfə “Əlhəmdulilləh”, otuz üç dəfə “Allahu Əkbər” deyərsə, bunlar doxsan doqquzdur. Yüzü tamamlayaraq: “Lə: ilə:hə illəlla:hu vahdəhu lə: şəri:kə ləhu, ləhul-mulku va ləhul-həmdu va huvə alə kulli şeyin qadi:r!”- deyərsə, onun günahları dənizin köpükləri qədər olsa belə, bağışlanar”.”
Qeyd
Muslim, 597, 939, 1380.
İstinad
Fəzilətli əməllər, 753 (Kitab 15, 74)
Fəzilətli əməllər — Dua və Zikr