Sübh namazından sonra deyilən zikrlər
عَنِ الْمُنَيْذِرِ صَاحِبِ رَسُولِ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ وَكَانَ يَكُونُ بِإِفْرِيقِيَّةَ، قَالَ: سَمِعْتُ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ: مَنْ قَالَ إِذَا أَصْبَحَ: رَضِيتُ بِاللَّهِ رَبًّا، وَبِالإِسْلامِ دِينًا، وَبِمُحَمَّدٍ نَبِيًّا، فَأَنَا الزَّعِيمُ لآخُذَ بِيَدِهِ حَتَّى أُدْخِلَهُ الْجَنَّةَ.
“Allah Elçisinin ﷺ əshabından olan Muneyzir ﵁ Afrikada olanda belə demişdir: “Mən Allah Elçisinin ﷺ belə dediyini eşitmişəm: “Kim səhərə çıxaraq: “Radi:tu billə:hi Rabbən, va bil-İslə:mi di:nən, va bi Muhəmmədin nəbiyyən!”– deyərsə, (Qiyamət günü) mən ona zamin olaraq əlindən tutub Cənnətə daxil edəcəyəm”.”
Qeyd
ət-Tabərani “Mucəmul-Kəbir” 17225. Hədis həsən li-ğeyrihidir. Bax: Silsilə əs-Səhihə, 2686.
İstinad
Fəzilətli əməllər, 755 (Kitab 15, 76)
Fəzilətli əməllər — Dua və Zikr