Dua və Zikr

Məclisin kəffarəsi

عَنْ جُبَيْر بْنِ مُطْعِمٍ قَالَ: قَالَ رَسُوْلُ اللهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ: «مَنْ قَالَ: سُبْحَانَ اللهِ وَبِحَمْدِهِ سُبْحَانَكَ اللَّهُمَّ وَبِحَمْدِكَ أَشْهَدُ أَنْ لاَ إِلَهَ إِلاَّ أَنْتَ أَسْتَغْفِرُكَ وَأَتُوبُ إِلَيْكَ، فَإِن قَالَهَا فِي مَجْلِسِ ذِكْرٍ كَانَتْ كَالطَّابِعِ يُطْبَعُ عَلَيْهِ، وَمَنْ قَالَهَا فِي مَجْلِسِ لَغْوٍ كَانَتْ كَفَّارَةً لَهُ».

“Rəvayət edilir ki, Cubeyr ibn Mutim ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Kim zikr məclisində: “Subhə:n-Alla:hi va bihəmdihi, subhə:nəkə Alla:hummə va bihəmdik, əşhədu əl-lə: ilə:hə illə: ənt, əstəğfirukə va ətu:bu ileyk!”- söyləyərsə, üzərinə möhür vurulmuş kimi olar. Kim də boş şeylərin danışıldığı bir məclisdə söyləyərsə, bu, onun üçün kəffarə olar”.”

Cubeyr ibn Mutim
Səhih

Qeyd

əl-Hakim, 1970. Hədis səhihdir. Bax: Silsilə əs-Səhihə, 81.

İstinad

Fəzilətli əməllər, 772 (Kitab 15, 93)

Fəzilətli əməllər — Dua və Zikr