Dua və Zikr

Azanı eşidən zaman deyilən zikr

عُمَرَ بْنِ الْخَطَّابِ قَالَ قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ إِذَا قَالَ الْمُؤَذِّنُ اللَّهُ أَكْبَرُ اللَّهُ أَكْبَرُ فَقَالَ أَحَدُكُمْ اللَّهُ أَكْبَرُ اللَّهُ أَكْبَرُ ثُمَّ قَالَ أَشْهَدُ أَنْ لَا إِلَهَ إِلَّا اللَّهُ قَالَ أَشْهَدُ أَنْ لَا إِلَهَ إِلَّا اللَّهُ ثُمَّ قَالَ أَشْهَدُ أَنَّ مُحَمَّدًا رَسُولُ اللَّهِ قَالَ أَشْهَدُ أَنَّ مُحَمَّدًا رَسُولُ اللَّهِ ثُمَّ قَالَ حَيَّ عَلَى الصَّلَاةِ قَالَ لَا حَوْلَ وَلَا قُوَّةَ إِلَّا بِاللَّهِ ثُمَّ قَالَ حَيَّ عَلَى الْفَلَاحِ قَالَ لَا حَوْلَ وَلَا قُوَّةَ إِلَّا بِاللَّهِ ثُمَّ قَالَ اللَّهُ أَكْبَرُ اللَّهُ أَكْبَرُ قَالَ اللَّهُ أَكْبَرُ اللَّهُ أَكْبَرُ ثُمَّ قَالَ لَا إِلَهَ إِلَّا اللَّهُ قَالَ لَا إِلَهَ إِلَّا اللَّهُ مِنْ قَلْبِهِ دَخَلَ الْجَنَّةَ

“Rəvayət edilir ki, Ömər ibn əl-Xattab ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Müəzzin: “Alla:hu Əkbər, Alla:hu Əkbər”- dedikdə, sizdən biriniz “Alla:hu Əkbər, Alla:hu Əkbər”- deyərsə; sonra müəzzin: “Əşhədu əl-lə: ilə:hə illəllah” dedikdə, o da “Əşhədu əl-lə: ilə:hə illəllah”- deyərsə; müəzzin: “Əşhədu ənnə Muhəmmədən Rasu:lullah”- dedikdə, o da “Əşhədu ənnə Muhəmmədən Rasu:lullah”- deyərsə; sonra müəzzin: “Həyyə aləs-saləh”- dedikdə, o: “Lə: həulə va lə: quvvətə illə: billəh” deyərsə; sonra müəzzin: “Həyyə aləl-fələh”- dedikdə, o: “Lə: həulə va lə: quvvətə illə: billəh”- deyərsə; sonra müəzzin: “Alla:hu Əkbər, Alla:hu Əkbər”- dedikdə, o da “Alla:hu Əkbər, Alla:hu Əkbər”- deyərsə; sonra müəzzin: “Lə: ilə:hə illəllah” dedikdə, o da ürəkdən “Lə: ilə:hə illəllah”- deyərsə, Cənnətə girər”.”

Ömər ibn əl-Xattab
Səhih

Qeyd

Muslim, 385, 578, 876.

İstinad

Fəzilətli əməllər, 738 (Kitab 15, 59)

Fəzilətli əməllər — Dua və Zikr