Dua və Zikr

Subhən-Allahi və bihəmdihi

عَنْ أَبِي ذَرٍّ قَالَ: قَالَ رَسُوْلُ اللهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ: «أَلاَ أُخْبِرُكَ بِأَحَبِّ الْكَلاَمِ إِلَى اللهِ؟». قُلْتُ: يَا رَسُوْلَ اللهِ! أَخْبِرْنِي بَأَحَبِّ الْكَلاَمِ إِلَى اللهِ، فَقَالَ: «إِنَّ أَحَبَّ الْكَلاَمِ إِلَى اللهِ، سُبْحَانَ اللهِ وَبِحَمْدِهِ».

“Rəvayət edilir ki, Əbu Zərr ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Allah üçün ən sevimli kəlməni sənə bildirim?” Mən dedim: “Ey Allahın Elçisi, Allaha ən sevimli kəlməni mənə bildir!” Peyğəmbər ﷺ dedi: “Allaha ən sevimli kəlmə: “Subhə:n-Alla:hi va bihəmdihi”- (kəlməsidir)”.”

Əbu Zərr
Səhih

Qeyd

Muslim, 4911, 7102; Əhməd, 20459, 21446.

İstinad

Fəzilətli əməllər, 856 (Kitab 15, 177)

Fəzilətli əməllər — Dua və Zikr