Qorxuya qarşı edilən dualar
عَنْ خَالِدِ بْنِ الْوَلِيدِ أَنَّهُ شَكَا إِلَى رَسُولِ اللهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ فَقَالَ إِنِّي أَجِدُ فَزَعًا بِاللَّيْلِ فَقَالَ أَلا أُعَلِّمُكَ كَلِمَاتٍ عَلَّمَنِيهِنَّ جِبْرِيلُ عَلَيْهِ السَّلامُ وَزَعَمَ أَنَّ عِفْرِيتًا مِنَ الْجِنِّ يَكِيدُنِي قَالَ قُلْ أَعُوذُ بِكَلِمَاتِ اللهِ التَّامَّاتِ الَّتِي لاَ يُجَاوِزُهُنَّ بَرٌّ وَلا فَاجِرٌ مِنْ شَرِّ مَا يَنْزِلُ مِنَ السَّمَاءِ وَمَا يَعْرُجُ فِيهَا وَمِنْ شَرِّ مَا ذَرَأَ فِي الأَرْضِ وَمَا يَخْرُجُ مِنْهَا وَمِنْ شَرِّ فِتَنِ اللَّيْلِ وَفِتَنِ النَّهَارِ وَمِنْ شَرِّ طَوَارِقِ اللَّيْلِ وَالنَّهَارِ إِلا طَارِقٍ يَطْرُقُ بِخَيْرٍ يَا رَحْمَنُ
“Rəvayət edilir ki, Xalid ibn əl-Vəlid ﵁ Allah Elçisinə ﷺ şikayət edərək belə dedi: “Mən gecələr qorxu hiss edirəm”. O buyurdu: “Sənə Cəbrailin mənə öyrətdiyi kəlmələri öyrədimmi? Bu kəlmələr məni cinlərdən olan İfritin üstümə hücum etməsindən qorudu”. Mən dedim: “Bəli”. O: “Əu:zu bikəlimə:tillə:hit-tə:mmə:tilləti: lə: yucə:vizuhunnə bərrun, va lə: fə:cirun, min şərri mə: yənzilu minəs-səmə:i, va mə: yə'rucu fi:hə:, va min şərri mə: zəraə fil-ərdi va mə: yəxrucu minhə: va min şərri fitənil-leyli va fitənin-nəhə:r, və min şərri tava:riqil-leyli vən-nəhə:r illə: ta:riqin yətruqu bixayrin, yə: Rahmən!””
Qeyd
ət-Tabərani “Mucəmul-Kəbir” 3746, “əd-Dua” 1083. Hədis səhihdir. Bax: Silsilə əs-Səhihə, 840.
İstinad
Fəzilətli əməllər, 789 (Kitab 15, 110)
Fəzilətli əməllər — Dua və Zikr