Dua bəlanın qarşısını alır
قَالَ أَبُو سَعِيدٍ الْخُدْرِيُّ، عَنِ النَّبِيِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ: «مَا مِنْ مُسْلِمٍ يَدْعُو، لَيْسَ بِإِثْمٍ وَلاَ بِقَطِيعَةِ رَحِمٍ، إِلاَّ أَعْطَاهُ إِحْدَى ثَلاَثٍ: إِمَّا أَنْ يُعَجِّلَ لَهُ دَعْوَتَهُ، وَإِمَّا أَنْ يَدَّخِرَهَا لَهُ فِي الْآخِرَةِ، وَإِمَّا أَنْ يَدْفَعَ عَنْهُ مِنَ السُّوءِ مِثْلَهَا»، قَالَ: إِذًا نُكْثِرُ، قَالَ: «اللَّهُ أَكْثَرُ».
“Əbu Səid əl-Xudri ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “Hansı bir müsəlman, daxilində günah və qohumluq əlaqələrinin kəsilməsi olmayan bir dua edərsə, Allah ona üç şeydən birini verər - ya istədiyini ona bu dünyada verər, ya ona verəcəyini Axirət gününə saxlayar, ya da başına gələn bir müsibəti ondan uzaq edər”. Əbu Səid dedi: “Elə isə duaları çoxaldaq!” Allah Elçisi ﷺ dedi: “Allah daha çox verəndir!””
Qeyd
əl-Buxari “Ədəbul-Mufrad” 710. Hədis səhihdir. Bax: Səhih Ədəbul-Mufrad, 550.
İstinad
Fəzilətli əməllər, 694 (Kitab 15, 15)
Fəzilətli əməllər — Dua və Zikr