Dua bəlanın qarşısını alır
عَنْ عَائِشَةَ قَالَتْ: قَالَ رَسُوْلُ اللهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ: «لاَ يُغْنِي حَذَرٌ مِنْ قَدَرٍ، وَالدُّعَاءِ يَنْفَعُ مَمَّا نَزَلَ وَمِمَّا لَمْ يَنْزِلُ، وَإِنَّ البَلاَءِ لَيَنْزِلُ، فَيَتَلَقَّاُه الدُّعَاءُ، فَيَعْتَلِجَانِ إِلَى يَوُمِ الْقِيَامَةِ».
“Rəvayət edilir ki, Aişə ﵂ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Ehtiyat qədəri dəyişmir, dua isə baş verən və baş verə biləcək (bəlanın qarşısını almaqda) fayda verir. Şübhəsiz ki, bəla gəldikdə dua ilə qarşılaşır və onlar Qiyamət gününədək bir-birilə mübarizə aparırlar”.”
Aişə
HəsənQeyd
əl-Hakim, 2813. Hədis həsəndir. Bax: Səhih əl-Cami, 7739.
İstinad
Fəzilətli əməllər, 693 (Kitab 15, 14)
Fəzilətli əməllər — Dua və Zikr